«Azərbaycanda vergi amnistiyası – TƏKLİF EDİLDİ – TÖVSİYƏLƏR
2019-02-18 | Vergilər | 2712Azərbaycanda sahbkarlıq və vergi mühitinin daha da yaxşılaşdırmaq üçün ölkədə bir sıra əlavə tədbirlərə ehtiyac var. FED.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) prezidenti Nuran Kərimov bildirib. Tədbirdə tövsiyyələrn səsləndirən Nuran Kərimov bildirib ki,
(1) Vergi qanunvericiliyinə dəyişikliklərin qəbul edilməsi ilə onların tətiqi arasında vaxt azdır, bu vaxt artırılmalıdır: «Sahibkarlar vaxt tapmalıdırlar ki, bu dəyişikliyə hazırlansınlar».
(2) Azərbaycanda uçot haqqında çox danışılır və biz də gəlir və xərclərin uçotunun səlis aparılmasını istəyirik. Azərbaycanda fərqli fəaliyyət sahələri ilə bağlı uçot qaydaları var və onlara yenidən baxılmalıdır. Bu qaydalarda çoxsaylı bürokratik tələblər var, kağız formsında sənədlər tələb edilir və onları toplamaq sahibkarlar üçün vaxt itkisidir. Ona görə də təklif edirik ki, həmin sənədlər kağız formaları əvəzinə elektron formalarda hazırlansın.
(3) Azərbaycanda beynəlxalq mühasibat uçotu standartlarının tətbiqinə başlanmalıdır.
(4) İş adamları ilə təmaslar göstərir ki, şəffaflıqla bağlı təkliflərə baxmayaraq xüsusi vergi güzəştərinə və amnistiyaya müraciət etmək pis olmazdı. Dünya praktikası da göstərir ki, belə amnistiyanın böyük tövhəsi ola bilər: «Məsələn, qonşu Rusiyada artıq 3 ildir ki, amnistiya gedir, artıq orada 10 milyardlarla dollar aktivlər açıqlanıb və qeydiyyata düşüb. Ümid edirəm ki buna myvafiq orqanlar baxarlar».
(5) İş adamlarının daha bir istəyi vergi qanunvericiliyinə dəyişikliklərini proqnozlaşdırıla bilən olmasıdır: «İş adamları istəyir bilsinlər ki, vergi qanunvericiliyinin əsas istiqamətləri əvvəlcədən məlum olsun ki, bu da ölkənin investisiya cəlbediciliyinə daha böyük dəstək olardı».

Vergilər bölümünün son xəbərləri |