Səlim Müslümov: Azərbaycanda əmək kitabçalarının ləğvi prosesinə ilin sonunda başlanacaq

2014-03-16 | Vergilər | 2492

Azərbaycanda əmək kitabçalarının ləğvi prosesinə cari ilin sonundan başlanacaq. Trend-in məlumatına görə bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir qeyd edib: "Biz artıq əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin proqram təminatının hazırlanmasını başa çatdırmışıq. Yaxın vaxtlarda bu proqramın ictimaiyyət üçün təqdimatını keçirəcəyik. Bundan sonra onun tətbiqinə başlanacaq. Bu sistem tam şəkildə işləməyə başlayanda əmək kitabçaları öz funksional əhəmiyyətini itirəcək, çünki informasiyaların hamısı bu elektron məlumat bazasında olacaq".

Azərbaycanda işəgötürənlər 2014-cü il iyulun 1-dək bütün qüvvədə olan əmək müqavilələri haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron məlumat sisteminə daxil etməlidirlər. Əks halda onları 7 mindən 10 min manatadək cərimə, yaxud üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu, Prezident İlham Əliyev tərəfindən fevralın 3-də təsdiqlənmiş Əmək Məcəlləsinə dəyişikliklər haqqında qanunda nəzərdə tutulub.

Dəyişikliklərə görə, elektron bildiriş yalnız əmək müqaviləsi imzalandığı, eləcə də onun ləğv edildiyi halda bazaya daxil olmalıdır. Sistem tam işə salındıqdan sonra bildiriş bir gün ərzində qeydiyyata alınacaq.

Bu yenilik həmin sahəyə nəzarət üçün elektron sistem yaratmağa imkan verəcək, qeyri-leqal məşğulluqla mübarizə aparmağa kömək edəcək. Bundan əlavə, sistem həm işçilər, həm də lazımi məlumatı tez əldə edə biləcək işəgötürənlər üçün rahat olacaq. Bu sistemin tətbiqi sosial sığorta üzrə vergilərin və daxilolmaların artmasına da təsir edəcək.

Mənbə: http://www.trend.az

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!