Azərbaycanda yeni nəsil nəzarət kassa aparatlarının operatorlarının necə fəaliyyət göstərəcəyi açıqlanıb

2019-02-27 | Vergilər | 339

Azərbaycanda yeni nəsil nəzarət kassa aparatlarının (NKA) tətbiqi ilə bağlı vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də kassa aparatları ilə bağlı operatorların fəaliyyətidir.

"Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, operator nazirliyin müəyyən etdiyi tələblərə cavab verən kassa sistemlərinin təchizatını, satışını, nazirliyin xüsusi qurğusu olan nəzarət mexanizm qurğusu ilə təmin edilməsini, qeydiyyatını, sertifikatlaşdırılmasını, servis texniki xidmətlərin göstərilməsini həyata keçirən Vergilər Nazirliyində operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir.

Yeni nəsil NKA-ların operatoru qismində fəaliyyət göstərmək niyyətində olan istənilən rezident hüquqi şəxs qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verdikdə nəzarət-kassa aparatlarının operatoru olmaq hüququna malikdir. Bunun üçün ayrıca tender keçirilməyəcəkdir. Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs operatorlar üçün portal üzərindən gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş ərizəyə məlumatları daxil edərək Vergilər Nazirliyinə müraciət edir. Daxil olan müraciət əsasında hüquqi şəxsin irəli sürülən tələblərə uyğunluğu yoxlanılır və həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq və sertifikatlaşdırma üçün kassa sisteminin modelinin nümunəsinin ekspert komissiyasına təqdim edilməsi barədə bildiriş göndərilir. Texniki sınaq və sertifikatlaşdırma müsbət nəticə verdikdə kassa sistemi dövlət reysterinə daxil edilir və hüquqi şəxsə operator statusu alması barədə bildiriş göndərilir.

Nəzərdə tutulan qanunvericilik layihələrində operatorlar üçün bir sıra tələblərin irəli sürülməsi planlaşdırılır. Bu tələblərə onun bank hesabına malik olması, vergi ödəyicilərinə xidmət göstərəcək ən azı 1 məntəqə və ya texniki filialının olması, dövlət büdcəsinə borcunun olmaması, sertifikasiyadan keçərək dövlət reyestrinə daxil edilmiş və tələblərə cavab verən ən azı bir kassa modelinə malik olması, kassa sisteminin istehsalçısı ilə bağlanmış alqı-satqı müqaviləsi və təqdim edilmiş kassa sisteminə texniki xidmət göstərmək bacarığına malik ən azı bir nəfər əməkdaşının mövcud olması və s. kimi vacib amillər daxildir. Vergi ödəyiciləri, dövlət reyestrinə daxil edilmiş operatorlar barədə və kassa sistemləri ilə bağlı yarana biləcək digər suallara dair məlumatı istifadəyə verilməsi planlaşdırılan e-kassa.gov.az internet səhifəsindən əldə edə biləcəklər.

Operator qismində qeydiyyatdan keçəcək hüquqi şəxs “operator” statusunun icrası ilə əlaqədar bir sıra öhdəlikləri də öz üzərinə götürmüş olacaq. Ümumiyətlə kassa sistemlərinin operatorlarının funksiyaları çox genişdir və onlar arasında ən önəmli və prioritet daşıyan istiqamətlərdən biri vergi ödəyicilərinə yüksək keyfiyyətli və operativ xidmətin göstərilməsidir. Belə ki, operatorun başlıca vəzifəsi vergi ödəyicisini kassa aparatı ilə təmin etdikdən sonra vaxtında və keyfiyyətli xidmət göstərməkdən ibarət olsa da təkcə bununla məhdudlaşmır. Operator kassa sisteminin düzgün işlədilməsini izah etməli və istismarını təmin etməli, habelə kassa sistemini rübdə bir dəfədən az olmamaq şərtilə müdaxilələrin qarşısını almaq məqsədilə yoxlamalı, iş fəaliyyəti zamanı yaranan nöqsanları aradan qaldırmalı, paylanılan kassa modellərinin müəyyən olunacaq ehtiyatına malik olmalı və Vergilər Nazirliyindən asılı olaraq qarşılıqlı fəaliyyət göstərməlidir. Operatorlar tərəfindən həmçinin istifadəçi təlimatı və kassa sisteminin istismar sənədləşdirilməsinin hazırlanması da həyata keçirilir. Bununla yanaşı, operatorlar kassa sistemi istifadəçilərinə əsas xidmətlərin təqdim edilməsini, kassa sisteminin nəzarət mexanizm qurgusu ilə təchiz edilməsini və qeydiyyatını, quraşdırılmasını, texniki dəstəyin göstərilməsini, təmirini, müvəqqəti kassa sisteminin təqdim olunmasını və uçotdan çıxarılmasını həyata keçirir.

Mənbə: https://report.az/maliyye/azerbaycanda-yeni-nesil-nezaret-kassa-aparatlarinin-operatorlarinin-nece-fealiyyet-gostereceyi-aciqlanib/

Vergilər bölümünün son xəbərləri

2019-05-17 | Oyunlar üçün malların idxalı gömrük rüsumundan azad edildi
2019-05-10 | Nazir müavini: İnsanlar düşünürlər ki, vergi ödəmirəmsə, niyə hesabat verməliyəm? - EKSKLÜZİV
2019-05-10 | Nazir müavini: Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da saxta aksizlər mövcuddur - EKSKLÜZİV
2019-05-10 | Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları
2019-05-10 | Operativ vergi yoxlamaları tamamilə dayandırılıb
2019-05-03 | Vergi Ombudsmanı İnstitutu vergi ödəyicilərinin hüquqlarını müdafiə edəcək
2019-05-01 | Avtoservislərin nə qədər vergi ödəyəcəyi məlum oldu - RƏSMİ
2019-05-01 | Nəzarət-kassa aparatlarının elektron uçotu ilə bağlı qayda təsdiqlənib
2019-05-01 | Obyektlərin yenidən uçota alınması qaydası təsdiq edilib
2019-04-28 | Xaricdə sahibkarlıq fəaliyyəti göstərən Azərbaycan vətəndaşları sosial sığorta haqqı ödəməlidirlər

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!