Vergi ödəyiciləri ilə münasibətdə bankların və digər kredit təşkilatlarının vəzifələri
2019-03-15 | Vergilər | 2616Vergi məcəlləsinin 75-ci maddəsi vergi ödəyiciləri ilə münasibətdə bankların və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarının vəzifələrini müəyyənləşdirir. Bu maddəyə görə, banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları yalnız vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verildiyini təsdiq edən sənədlər təqdim olunduqdan sonra hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə milli və ya xarici valyutada cari və ya digər hesablar açmağa, bank sənədlərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə hesablar üzrə əməliyyatlar aparmamağa borcludurlar.
Mövzu ilə bağlı açıqlama verən maliyyə sektoru üzrə mütəxəssis Yusif Abdullayev diqqəti hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə hər hansı hesab açılarkən şəhadətnamə-dublikat tələb olunduğuna yönəldərək deyib: "Bu sənəd vergi orqanı tərəfindən verilir və bununla vergi orqanı hüquqi şəxslərin və sahibkarların hansı bankda hesabı olması haqqında məlumatlı olur.
Vergi ödəyicisinin dövlət büdcəsinə vergi və ya digər öhdəliyi yarandıqda vergi orqanları bu mexanizm sayəsində əllərində olan məlumat əsasında vergi ödəyicisinin bütün hesablarına sərəncam göndərir və əməliyyatlar aparmağı məhdudlaşdırır
Vergi ödəyicisinin dövlət büdcəsinə vergi və ya digər öhdəliyi yarandıqda vergi orqanları bu mexanizm sayəsində əllərində olan məlumat əsasında vergi ödəyicisinin bütün hesablarına sərəncam göndərir və əməliyyatlar aparmağı məhdudlaşdırır. Banklar bu sənəd olmadan hüquqi şəxslərə və sahibkarlara hesab aça bilməzlər. Şəhadətnamə-dublikat indi onlayn rejimdə alına bilir. Sənəd müraciət ediləndən sonra ən azı 2 gün ərzində verilir və qüvvədə olma müddəti 10 gündür. Bu müddət ərzində alınmış şəhadətnamə-dublikata əsasən hesab açılmazsa, yenisini almaq tələb olunur".
Vergi Məcəlləsinin 75.0.2-ci maddədə hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin öz milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilərin ödənilməsi haqqında ödəmə tapşırıqlarını icra etməyə borclu olduqları göstərilir. Mütəxəssisin fikrincə, hüquqi şəxsin və ya sahibkarın büdcəyə borcu yarandıqda hesaba sərəncam qoyulur, yəni vergi orqanı hesab sahibinin hesabında olan vəsaitin bu borcun ödənilməsinə yönəldilməsini tələb edir: "Bu zaman hesab sahibi hesabında olan vəsaitin başqa məqsədlər üçün, məsələn, mal-material alınması, başqa öhdəliklərinin icra edilməsi və sair kimi köçürülməsinə sərəncam veribsə belə, ilk növbədə, vergi orqanları tərəfindən qoyulmuş sərəncam icra olunur, sonra hesab sahibinin tapşırıq verdiyi əməliyyatlar həyata keçirilir. Burada yalnız əməkhaqqı ödənilməsi üzrə əməliyyat istisnadır".
Bildirilib ki, bu maddə həm də hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarından vəsaitin tutulması üzrə əməliyyatların aparıldığı gün vergi məbləğlərini müvafiq büdcəyə keçirməyə (banka və ya büdcəyə kassa xidməti göstərən digər maliyyə idarəsinə köçürməyə) borclu olduğunu göstərir. Məcəllənin 76-cı maddəsində banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən məlumatların verilməsi hüquqları da müəyyən edilir.
Vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumat almaq hüququna malikdir. Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.
Y.Abdullayev qeyd edib ki, vergi orqanları banklardan hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən şəxslərin bank hesablarında olan pul hərəkətləri barədə məlumat tələb edə bilər: banka belə bir tələb daxil olduqdan sonra 5 gün ərzində hesab sahibinə bu haqda məlumat verilməlidir. Amma bu o demək deyil ki, hesab sahibi vergi orqanlarına məlumatın verilməsinə etiraz edə bilər. Hər bir halda hesablarda olan pul hərəkətləri haqqında məlumat 15 gün ərzində vergi orqanına göndərilir. 76.3-cü maddə ilə müəyyən edilmiş qaydada bank hesabları və ya əməliyyatlar barədə alınmış məlumatlar müvafiq beynəlxalq müqavilənin müddəaları əsasında digər dövlətin aidiyyəti orqanlarına verilə bilər. Digər hallarda bank hesabları və əməliyyatlar barədə alınmış məlumatların başqa orqanlara və ya vətəndaşlara verilməsi qadağandır. Vergi orqanları istisna olunmaqa, hesab haqqında məlumatlar yalnız məhkəmə qərarı ilə alına bilər.
Fəxriyyə İKRAMQIZI

Vergilər bölümünün son xəbərləri |