Turizm sektorunda elektron qaimə-fakturaların tətbiqi

2019-03-28 | Vergilər | 3046

Azərbaycan Dövlət Turizm Agentliyinin və Vergilər Nazirliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün "Vergi Məcəlləsinə 2019-cu ildə edilmiş əlavə və dəyişikliklər: yeni qaydaları turizm sənayesində necə tətbiq etməli?" mövzusunda tədbir keçirilib. Mövzu ilə bağlı müzakirələrdə turizm sənayesinin spesifik xüsusiyyətləri, turizmin mövsümi xarakter daşıması, region otellərinin mövsümi fəaliyyətlə bağlı vergiyə cəlb olunması, nağdsız hesablaşmaların tətbiqi kimi məsələlərə toxunulub.

Tədbirin əsas mövzularından biri də turizm şirkətləri tərəfindən elektron qaimə-fakturaların təqdim edilməsi ilə bağlı olub. Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov məsələyə aydınlıq gətirərək bildirib ki, sektorun həssaslığı nəzərə alınaraq, turizm agentlərinin göstərdikləri xidmətlərin təhvil-qəbul aktları ilə yanaşı, elektron qaimə-faktura ilə həyata keçirilməsinə razılıq verilib: "Siz fakturada bu xidmətlərin agent qaydasında həyata keçirilməsini qeyd etməlisiniz və bununla da həmin xidmətlərin dəyəri turizm agentliyinin gəliri hesab edilmir. Kameral və səyyar vergi yoxlamaları zamanı hesabınıza daxil olan vəsaitlərin heç də hamısının sizin gəliriniz olmadığı görünməlidir".

N.İmanov gələcəkdə agent qaydasında təqdim edilən elektron qaimə-fakturaların çeşidlənməsinin həyata keçiriləcəyini qeyd edib. O, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin sahibkarların vergi yükünün optimallaşdırılması, mikro sahibkarlıq subyektlərinin qorunması, orta sahibkarlıq sinfinə keçidin təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb: "Bu ildən mikro sahibkarlıq subyektlərinə əmlak vergisindən azadolmaların tətbiqinə başlanılıb. Bununla yanaşı, sahibkarlara 75 faiz gəlir vergisi güzəştinin verilməsi, əməkhaqqının 8 min manatadək olan hissəsinin vergiyə 0 dərəcə ilə cəlb edilməsi sahibkarlıq subyektlərinin fəaliyyətinin tənzimlənməsi baxımından atılan mühüm addımlardır. Güzəşt və azadolmaların tətbiqi turizm sektorunun inkişafı baxımından əhəmiyyətlidir".

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/1506.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!