Elektron qaimə-fakturalar çeşidləndiriləcək
2019-04-01 | Vergilər | 3150Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov sahibkarlarla görüşdə bildirib ki, əlverişli biznes mühitinin yaradılması məqsədilə güzəştlərin verilməsi düşünülmüş addımdır. Hər bir güzəşt məqsədli şəkildə verilir: "Güzəşt müddəti bitdikdən sonra yaranmış aktivlik hesabına digər əməliyyatlar - istər əmək münasibətləri, istərsə də dövriyyələrin və istehsalatın artması baxımından büdcə daxilolmalarının artmasında özünü göstərmiş olacaq".
N.İmanov maliyyə sanksiyaları ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edib ki, yeni tətbiq ediləcək maliyyə sanksiyaları, habelə məbləğləri artırılan maliyyə sanksiyaları üzrə pozuntu halına görə ilk dəfə vergi ödəyicilərinə 1 il müddətində xəbərdarlıq ediləcək. Növbəti dəfə isə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulub. Burada əsas məqsəd sahibkarların dəyişikliklərə adaptasiyasını, eləcə də vergi və digər dövlət orqanları arasında münasibətlərin tam şəkildə formalaşmasını təmin etməkdir.
Qeyd olunub ki, hazırlanmış qanun layihəsi üzrə gələcəkdə agent qaydasında, o cümlədən turizm sektorunda təqdim edilən xidmətlərə görə agentin elektron qaimə-fakturasının verilməsi nəzərdə tutulur: "Bu addım vergi orqanı ilə sahibkar arasındakı münasibətlərin daha sadə və çevik olması üçün atılır. Yəni agent qaydasında satış həyata keçirən vergi ödəyicisi elektron qaimə-faktura verirsə, vergi orqanı onu dərhal gəlir kimi tanımamalıdır. Sahibkarlar öz məhsulunu, xidmətini satırsa, adi qaydada qaimə-faktura verəcək. Xidmətlər agent qaydasında göstərildikdə isə agentin qaimə-fakturası təqdim edilməlidir".
Bununla yanaşı, ticarət sektorunda da elektron qaimə-fakturaların çeşidlənməsi gözlənilir. N.İmanov bildirib ki, inzibatçılığın təkmilləşdirilməsi, əməliyyatların elektronlaşması və sahibkarlar tərəfindən istifadə edilən elektron qaimə-fakturaların konkret əməliyyatlar üzrə fərqləndirilməsi sahibkarlar üçün daha rahat və əlverişli şərait yaradacaq, əlavə yazışmalara ehtiyac qalmayacaq.
Fərqanə ALLAHVERDİQIZI

Vergilər bölümünün son xəbərləri |