Azərbaycanda vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlanıb

2019-04-24 | Accountsoft | 300

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) rezidentlərə əlavə güzəşt əldə etmək məqsədilə vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlayıb. FED.az xəbər verir ki, bu barədə YTP-dən bildirilib.

YTP-dən verilən məlumata görə, hazırda sənəd AMEA tərəfindən nəzərdən keçirilir və yaxın vaxtlarda müvafiq strukturlara təqdim olunacaq.

Təklif rezidentlər tərəfindən gətirilən xammal və ehtiyat hissələri üzrə gömrük rüsumlarından və ƏDV-dən azadolma imkanını nəzərdə tutur. Əlavə güzəştlərin əldə olunması YTP-nin investorlar üçün daha cəlbedici olmasına zəmin yaradacaq.

"Hazırda YTP-nin nəzdində uzunmüddətli layihələri olan 10 rezident fəaliyyət göstərir. Rezident statusunu almaq üçün daha bir şirkət müraciət edib. Şirkətin fəaliyyət sahəsi mikrobiologiya ilə bağlıdır. Müraciət ekspertlər şurası tərəfindən təsdiqləndikdən sonra bu qurum da rezident statusunu əldə edəcək", - deyə YTP-dən qeyd ediblər.

Mənbə: https://www.fed.az/az/news/63816/azerbaycanda-vergi-ve-gomruk-mecellelerine-duzelisler-ucun-teklifler-hazirlanib

Accountsoft bölümünün son xəbərləri

2019-11-07 | Kiçik ticarət obyektlərində nağdsız ödənişlərlə bağlı yeni həll - TƏKLİF OLUNACAQ
2019-10-04 | E-ticarətlə bağlı daha bir yenilik tətbiq olunacaq
2019-09-18 | Məsafədən bank hesabının açılmasına dair - MEYARLAR MÜƏYYƏNLƏŞDİRİLİB
2019-07-31 | Biznes və innovasiyalar: qorxulu xəyal yoxsa yeni imkanlar?
2019-07-31 | Robotlaşdırma biznesə necə kömək edəcək?
2019-07-13 | Mühasibat proqramları təkmilləşdirilməlidir
2019-07-13 | Bank hesablarının məsafədən açılmasına başlanılır
2019-05-17 | Azərbaycanda maliyyə təşkilatları və müştərilər üçün yeni elektron platforma yaradılır
2019-04-24 | Azərbaycanda vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlanıb
2019-04-16 | Azərbaycanda onlayn kassalara tam keçidin vaxtı açıqlandı

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!