Sahib Ələkbərov: “Sirr təşkil edən informasiyaların sayının azaldılmasına ehtiyac var” - EKSKLÜZİV
2019-05-07 | İqtisadiyyat | 2215Dövlət qurumları arasında Vahid İnformasiya Sisteminin yaradılması üzərində iş gedir.
Bunu “Report”a eksklüziv müsahibəsində Azərbaycan Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərovun sözlərinə görə, sirr təşkil edən informasiyaların sayının azaldılmasına ehtiyac var.
"Bir məsələni nəzərə almaq lazımdır ki, hər orqanın da özünün müəyyən bağlı informasiyaları var. Şəffaflıq çox gözəldir və əldə edilən nəticələrin əsas səbəblərindən biri sənədləşmə, şəffaflaşmadır. Amma elə məlumatlar var ki, onlar vergi sirridir. Bu məlumatın yayılması qanunla qadağandır. Yaxud Dövlət Statistika Komitəsinin özünün hansısa statistika sirri var. Əlbəttə biz çalışmalıyıq ki, şəffaflıq tam geniş sahələri əhatə etsin və sirr təşkil edən informasiyaların sayı və həcmi minimuma endirilsin. Hazırda isə Vahid İnformasiya Sistemi üzərində iş gedir, ümid edirəm yaxın zamanlarda həllini tapacaq”, - deyə S.Ələkbərov bildirib.
Mənbə: https://report.az/maliyye/sahib-elekberov-dovlet-qurumlari-arasinda-vahid-i-nformasiya-sistemi/

İqtisadiyyat bölümünün son xəbərləri |