Operativ vergi yoxlamaları tamamilə dayandırılıb

2019-05-10 | Vergilər | 4133

“Bu ilin ilk 4 ayında dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə proqnoza nisbətən 270 milyon manatdan artıq vergi daxil olub”.

Bunu açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, artım növbəti dövrdə də davam etdiriləcək:

“Cənab Prezident də Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirmişdi ki, büdcəyə 150 milyon manat artıq vergi daxil olub. Aprel ayının artımı ilə bu rəqəm daha da yüksəlib. Biz gələcəkdə də bu artımın daha da yüksəlməsinə çalışacağıq. Bunun da bir neçə səbəbi var. Bu gün səyyar vergi yoxlamaları demək olar ki, keçirilmir. Yalnız köhnədən olanların davamı aparılır. Operativ vergi yoxlamaları tamamilə dayandırılıb”.

Nazir müavini bildirib ki, bunun qarşılığında vergi daxilolmaları artıb:

“Bir neçə ildir ki, nəzarət tədbirlərinin sayını azaltmağa çalışırıq, sanksiya və digər cəza tədbirlərini tətbiq etməkdən çəkinirik, amma kimsə düşünürsə ki, bu heç olmayacaq, o yanılır. Çünki vergi orqanının əsas vəzifəsi nəzarətdir. Nəzarət olan yerdə də sanksiya olacaq. Son bir neçə ildə yoxlamaların sayının minimuma endirilməsi bəzi xoşa gəlməyən sualların da yaranmasına səbəb oldu. Biz cəzasızlıq mühiti formalaşmağa başladıq. Amma mütəmadi olaraq tədbirlər görülür. Hələlik cəza tədbirləri azdır. Hazırda əsasən maarifləndirmə, təbliğat yolu ilə onları haqq yoluna dəvət etməyə çalışırıq. Nəticələr var. Bəziləri deyir ki, “gördünüz?! Siz nəzarəti dayandırdınız bu oldu". Amma bu doğru yanaşma deyil”.

S.Ələkbərov təmsil etdiyi Nazirliyin vergi daxilolmalarını artırmaq üçün bir sıra səmərəli metodlardan istifadə etdiyini açıqlayıb.

“Onlardan birincisi uçotun dürüstləşdirilməsidir. 2017-ci ildən etibarən elektron qaimə-fakturalar tətbiq olunur. 2018-ci ilin yanvarın 1-dən etibarən isə bu hamıya şamil edilib. Düzdür buna tam nail ola bilməmişik, amma proses gedir. Digər məsələ onlayn nəzarət-kassa aparatları ilə bağlıdır. Bəziləri hesab edir ki, yanvarın 1-dən qanun qüvvəyə mindikdən sonra elektron nəzarət-kassa aparatları quruldu və bununla da məsələ bitdi. Amma elə deyil. Bilirsiniz ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qrafik var. Ona uyğun olaraq ilkin iri ticarət mərkəzlərində, sonra yanacaqdoldurma məntəqələrində bu kassa aparatları quraşdırılacaq. Daha sonra digər obyektlərə keçiləcək. Elektron qaimə-faktura ilə onlayn kassa aparatlarının məlumatları arasında uyğunsuzluq olan kimi dərhal təhlillər başlayır”, - deyə S.Ələkbərov əlavə edib.

Mənbə: http://marja.az/news/42179

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!