Şəffaflığın artması bəhrəsini verir

2019-05-10 | İqtisadiyyat | 2465

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və bu sahədə həyata keçirilən islahatlar strateji məqsəd daşıyır. Yanvarın 1-dən etibarən sahibkarlara verilən vergi güzəştləri, o cümlədən gəlir vergisinə 7 illik güzəşt sosial paket proqramlarının tətbiqi üçün münbit şərait yaradıb.

İqtisadçı ekspert Vüqar Bayramov vergi sistemindəki dəyişikliklərdən sonrakı üç ayın nəticələrini "vergiler.az"a şərh edib. Onun sözlərinə görə, bu ilin birinci rübündə dövlət büdcəsində nəzərdə tutulduğundan 200 milyon manat əlavə vəsait yığılıb və həmin vəsaitlərin mühüm hissəsi vergi şəklində toplanıb: "İslahatlar özəl biznesin fəaliyyətini stimullaşdırıb, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün geniş imkanlar yaradıb.

İlin əvvəlindən başlanan islahatlar indiyədək mövcud olan, lakin dövlət nəzarəti orqanlarından gizlədilən iş və xidmətlərin bir hissəsinin rəsmiləşdirilməsinə gətirib çıxarıb. Birinci rübün yekunları da göstərdi ki, vergi və gömrükdən daxil olan vəsaitlərin həcmi proqnoz göstəricilərindən çoxdur".

Vüqar Bayramov bu ilin ilk üç ayında əldə edilən nailiyyətləri həm də şəffaflığın və hesabatlılığın genişlənməsi ilə əlaqələndirib. Qeyd edib ki, şəffaflığın gücləndirilməsi, məşğulluğun leqallaşdırılması həm də büdcəyə əlavə vəsaitlərin daxil olmasını təmin edib. Məhz bunun sayəsində mart-aprel aylarından pensiya və sosial müavinətlərin artımını maliyyələşdirmək mümkün olub: "Vergi və gömrük sistemində aparılan islahatlar olmasaydı, məşğulluğun leqallaşdırılması tədbirləri ləngidilsəydi, bu ilin birinci rübündə həyata keçirilən sosial islahat paketini də maliyyələşdirmək çox çətin olardı".

Mənbə: https://vergiler.az/news/economy/2107.html

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!