Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək
2019-05-26 | Hüquq | 3376Azərbaycanda kommersiya və ya vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək.
Bununla əlaqədar Vergi Məcəlləsinə, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi təklif olunur.
Dəyişikliklərdə vergi ödəyiciləri haqqında məlumatın verilə biləcəyi orqanların sayı artırılıb. Təkliflərdə Hesablama Palatasının öz vəzifələrini həyata keçirməsi məqsədilə həmin məlumatların bu quruma da təqdim edilməsi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklərdə isə Hesablama Palatasının öz fəaliyyətini daha da gücləndirməsi üçün aidiyyəti qurumların inzibati məsuliyyəti gücləndirilib və baş verən xətalara görə cərimələr müəyyən edilib.
Bu inzibati məsuliyyətin olması həmin orqanların öz üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə icra etməsinə və Hesablama Palatasının fəaliyyətinin güclənməsinə imkan yaradacaq.
Dəyişikliyə əsasən, bu xətalar baş verdikdə Hesablama Palatası protokol tərtib edəcək və inzibati tənbehin tətbiqi üçün məhkəməyə göndəriləcək. Məhkəmə isə həmin xətalar haqqında işlərə baxaraq inzibati tənbeh tədbiri tətbiq edəcək.
Mənbə: http://marja.az/news/42854

Hüquq bölümünün son xəbərləri |