Sığortaedənlərin DSMF-yə təqdim etdiyi hesabat formalarının sayı azaldılır

2014-09-18 | Vergilər | 3330

Dövlət Sosial Müdafiə Fondunda sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılması imkanları nəzərdən keçirilir.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında məlumat verən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək,vahid rüblük hesabatla əvəz edilməsi nəzərdə tutulur.

DSMF sədri qeyd edib ki, Fonda təqdim edilən hesabatlarla bağlı qeyd edilən yenilik bir tərəfdən sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən isə vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcəkdir.

E.Mehdiyev əhaliyə və sığortaedənlərə göstərilən xidmətlərin keyfiyyətinin daim yaxşılaşdırılmasının əsas prioritet olduğunu qeyd edərək, növbəti inkişaf mərhələsində fərdi uçot sisteminin daha da təkmilləşdirilməsi istiqamətində islahatların davam etdiriləcəyini vurğulayıb.

Fərdi uçot Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 1 yanvar 2006-cı il tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Mənbə: http://az.trend.az/capital/business/2312814.html

Vergilər bölümünün son xəbərləri

2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!