e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mühasib, xəzinədar və katibələrin aylıq vəzifə maaşları artırılıb.

2019-08-13 | Kadr işi | 824

İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, regional mədəniyyət idarələrində, Bakı və Sumqayıt şəhərlərinin səhiyyə şöbələrində mövcud olan baş mühasiblər istisna olmaqla,

Vəzifə Əmək haqqı - əvvəl (AZN) Əmək haqqı artım ilə (AZN)
baş mühasib 336 470
baş mühasibin müavini 315 440
bölmə rəhbəri və qrup rəhbəri 308 430
böyük mühasib və böyük iqtisadçı 303 420
aparıcı mühasib və aparıcı iqtisadçı 297 410
mühasib və iqtisadçı 292 405
böyük xəzinədar və kompüter üzrə mütəxəssi 270 375
avtomobil sürücüsü 210 320
xəzinədar, katibə və kompüter operatoru 210 295
gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət 180 260

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.