e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycandan çıxışa stop qoyulmasını İnternet Vergi İdarəsinin mobil tətbiqində yoxlamaq mümkün olacaq

2025-10-29 | Hüquq | 110

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin mobil tətbiqində yeni modullar yaradılacaq.

FED.az xəbər verir ki, bununla bağlı qurum hazırlıqlara başlayıb.

Məlumata görə, təkmilləşdirmə işləri çərçivəsində çekin verilməməsi və yaxud nağdsız əməliyyat zamanı vətəndaşların şikayət/müraciət təqdim etməsi üçün xidmət (mövcud funksionallığın təkmilləşdirilməsi), ƏDV-nin qaytarılması üçün vahid kabinet (API Layer vasitəsilə), nəzarət kassa aparatı qeydiyyatı ərizəsinin ödəyici tərəfindən təsdiqi, ölkədən çıxışın bloklanmasının yoxlanması, elektron alış aktı, şəxsi hesab vərəqəsi (sadə interfeys) kimi yeniliklər nəzərdə tutulur.

Mənbə: https://fed.az/az/vergiler/azerbaycandan-cixisa-stop-qoyulmasini-i%CC%87nternet-vergi-i%CC%87daresinin-mobil-tetbiqinde-yoxlamaq-mumkun-olacaq-243781


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.