e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər

2025-10-28 | Vergilər | 74

Azərbaycanda media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə verilən maddi yardımlar üzrə gəlir (mənfəət) və sadələşdirilmiş vergilər üzrə tətbiq olunan güzəştin müddətinin 3 il uzadılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Xatırladaq ki, sözügedən güzəşt 2023-cü il yanvarın 1-dən 3 il müddətinə tətbiq edilib və bu ilin sonunda başa çatır.

Mənbə: https://report.az/maliyye-xeberleri/azerbaycanda-media-fealiyyetinden-elde-olunan-gelirlere-vergi-guzestinin-muddeti-uzadila-biler


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.