e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Agentin həyata keçirdiyi əməliyyatların ƏDV-yə cəlb edilməsi

2019-11-04 | Vergilər | 2270

Həm komisyon, həm də agent qaydasında aparılan əməliyyatlar üzrə ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 172-ci maddəsinə əsasən tənzimlənir. İqtisadçı ekspert Anar Bayramov bu maddədə diqqət yetirilməli olan məqamları şərh edir.

Tutaq ki, "A" MMC 10.000 manatlıq malları agent qaydada "S" MMC vasitəsilə təqdim edir və bu zaman həmin əməliyyatlar ƏDV-yə cəlb edilir. Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar ( mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir. Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, yalnız digər şəxsə göstərdiyi xidmətlərə görə elektron vergi hesab-fakturası verir. Elektron vergi hesab-fakturası ƏDV ödəyicisi olan digər şəxs tərəfindən agentə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verir.

İzah: Misalı davam etdirək. Tutaq ki, həmin 10.000 manatlıq satışa görə 15 faiz haqq ödənilməlidir. Bu zaman 1.500 manat (10.000 manat * 15 faiz) "A" MMC-nin gəlirindən çıxılan xərcinə aid edilir. Həmçinin, "S" MMC ƏDV ödəyicisi olduğu halda, 1.500 manatlıq haqq üçün vergi hesab-fakturası təqdim etməlidir. "A" MMC həmin xidmət haqqına hesablanan ƏDV məbləğinin 324 manatını (1.800 manat * 18 faiz) qaydalara uyğun ödədiyi halda əvəzləşdirə bilər.

Digər şəxs tərəfindən agentə verilmiş malların (işlərin, xidmətlərin) dəyərinə ƏDV daxil edilib-edilməməsindən asılı olmayaraq, agent malların (işlərin, xidmətlərin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturası verə bilməz.

Bu maddəyə əsasən, "S" MMC agent qaydada aldığı malları başqa vergi ödəyicisinə satdığı halda, ona vergi hesab-fakturası verə bilməz.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/5265.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.