e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır

2020-01-17 | Vergilər | 2577

Azərbaycanda vətəndaşlara əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılması üçün əsasnamə ən geci yaxın 1 ay ərzində hazır olacaq.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev məlumat verib.

“Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-nə qədər ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək”, - o deyib.

Nazir müavini həmçinin 2021-ci ilə qədər bütün ictimai iaşə müəssisələrində nəzarət-kassa aparatlarının quraşdırılacağını qeyd edib.

Mənbə: https://report.az/biznes/edv-nin-bir-hissesinin-qaytarilmasi-ucun-esasname-hazirlanir/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.