e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin sayı azaldılacaq

2020-03-26 | Kadr işi | 2040

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 241-ci maddəsində dəyişiklik edilməsi nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində tərəflərin götürdüyü öhdəlikdə öz əksini tapıb.

Sazişə əsasən, tərəflər qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin siyahısına yenidən baxılması, bu iş yerlərinin azaldılması və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 241-ci maddəsində dəyişiklik edilməsi istiqamətində müvafiq işlər aparmaq öhdəliyi götürüb.

Qeyd edək ki, Əmək Məcəlləsinin 241-ci maddəsində qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər göstərilib.

Mənbə: https://report.az/i-nfrastruktur/azerbaycanda-qadin-emeyinin-tetbiqi-qadagan-edilen-is-yerlerinin-sayi/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.