e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası - DƏYİŞİR

2020-03-26 | Hüquq | 2662

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası dəyişir.

FED.az xəbər verir ki, bu, martın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə çıxarılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi barədə məlumatlar da dövlət reyestrinə daxil ediləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mənbə: https://www.fed.az/az/huquq/huquqi-sexslerin-dovlet-reyestrinin-aparilmasi-qaydasi-deyisir-76443


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.