e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin təmin edilməsi qaydası - DƏYİŞİR

2020-03-26 | Hüquq | 2506

Hüquqi şəxslər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi qaydası dəyişir.

FED.az xəbər verir ki, bu, martın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət Prosessual Məcəlləsinə təklif edilən əlavədə əksini tapıb.

İndiyə qədər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədilə hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən qadağan oluna bilərdi. Bu maddəyə təklif edilən əlavəyə əsasən, hüquqi şəxsin yenidən təşkil edilməsinin və ya ləğv olunmasının qadağan edilməsi barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndəriləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mənbə: https://www.fed.az/az/huquq/huquqi-sexsler-baresinde-cinayet-huquqi-tedbirlerin-temin-edilmesi-qaydasi-deyisir-76449


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.