e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Kənd təsərrüfatı texnikalarının bəzi ehtiyat hissələri ƏDV-dən azad edildi.

2020-04-02 | Vergilər | 3035

Aşağıdakı cədvəldə qeyd edilən kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri ƏDV-dən azad edildi.

Müvafiq Qərarı AR Baş Naziri imzaladı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin

Siyahısı

XİF MN üzrə

kodlar

Ehtiyat hissələrinin adı
8424 90 000 0Kənd təsərrüfatında istifadə olunan suvarma qurğularının, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayanların və ya digər tozpaylayanların, maye və toz halında zəhərli kimyəvi maddələr üçün daşınan çiləyici və səpələyənlərin, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş çiləyici və səpələyənlərin və ya digər çiləyici və

səpələyənlərin hissələri

8431 39 000 0Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş səpələnən materiallar üçün qaldırıcıların və konveyerlərin, traktorlara qoşulmaq üçün

işlənmiş yükləyici qurğuların və digər yükləyici qurğuların hissələri

8432 90 000 0Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınlarının hissələri (qazon və idman meydançaları üçün katokların hissələri istisna

olmaqla)

8433 90 000 0Pres toplayıcılar, saman və ya quru ot üçün taybağlayan preslər də daxil olmaqla, kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşınlar və ya mexanizmlər; otbiçənlər, yumurtaların, meyvələrin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlən- məsi və ya kalibrlənməsi üçün maşınların

hissələri (qazonlar, parklar və ya idman meydançaları üçün otbiçənlər istisna olmaqla)

8434 90 000 0Sağıcı qurğuların və aparatların hissələri
8436 91 000 0Quşçuluq avadanlığının və ya inkubatorların və bruderlərin ehtiyat hissələri
8436 99 000 0Mexaniki və ya qızdırıcı qurğulu toxumların cücərdilməsi üçün digər avadanlıqlar da daxil olmaqla, kənd təsərrüfatı, bağçılıq, meşə

təsərrüfatı qurğularının ehtiyat hissələri

8437 90 000 0Toxum, taxıl və ya quru paxlalı bitkilərin

təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların ehtiyat hissələri

8431 49 800 0Yalnız kənd təsərrüfatında istifadə olunan mini

buldozerli ekskavatorun hissələri

8716 90 100 0Kənd təsərrüfatı üçün özüyüklənən və ya

özüboşalan qoşquların və yarımqoşquların şassiləri

8716 90 300 0Kənd təsərrüfatı üçün özüyüklənən və ya özüboşalan qoşquların və yarımqoşquların

kuzovları

8716 90 500 0Kənd təsərrüfatı üçün özüyüklənən və ya özüboşalan qoşquların və yarımqoşquların oxları
8716 90 900 0Kənd təsərrüfatı üçün özüyüklənən və ya

özüboşalan qoşquların və yarımqoşquların digər hissələri

8408 20 310 0Təkərli kənd təsərrüfatı traktorları üçün gücü 50 kVt-dan çox olmayan daxiliyanma mühərrikləri (dizellər və yarımdizellər)
8408 20 350 0Təkərli kənd təsərrüfatı traktorları üçün gücü 50 kVt-dan çox olan, lakin 100 kVt-dan çox olmayan

daxiliyanma mühərrikləri (dizellər və yarımdizellər)

8408 20 370 0Təkərli kənd təsərrüfatı traktorları üçün 100 kVt- dan çox olan daxiliyanma mühərrikləri (dizellər və

yarımdizellər)

Mənbə: https://cabmin.gov.az/az/document/4362/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.