e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi Məcəlləsinə koronavirusla bağlı - FƏSİL ƏLAVƏ EDİLİR

2020-04-29 | Vergilər | 573

Azərbaycanın Vergi Məcəlləsinə bağlı yeni fəsilin əlavə edilməsi təklif edilir.

FED.az xəbər verir ki, Vergi Məcəlləsinə yeni - XVIII fəsil (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) əlavə olunur.

Qeyd edilən Fəsil aşağıdakı fəaliyyəti həyata keçirən şəxlsərə şamil ediləcək:

  • avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən, taksi ilə) fəaliyyəti;
  • yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
  • turoperator və turagent fəaliyyəti;
  • sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;
  • ictimai iaşə fəaliyyəti;
  • sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
  • idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
  • hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;
  • koronavirus pandemiyasının yayılıması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).
Məcəlləyə dəyişiklik Milli Məclisin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: https://www.fed.az/az/vergiler/vergi-mecellesine-koronavirusla-bagli-fesil-elave-edilir-79383


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.