e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Xüsusi karantin rejimi ilə əlaqədar vergi hesabatlarının təqdim edilməsi müddətləri uzadılıb

2020-05-05 | Vergilər | 607

Məlum olduğu kimi, koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi tətbiq edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 1 may 2020-ci il tarixli 163 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır. Bununla belə, ölkə ərazisində regionlardan asılı olaraq bəzi fəaliyyət sahələri üzrə məhdudiyyətlər aradan qaldırılmış, bəzi fəaliyyət sahələri üzrə isə saxlanılmışdır.

Buna əsasən, xüsusi karantin dövrü ilə əlaqədar (2020-ci il 31 mart - 31 may) vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:

1. Fəaliyyətinə icazə verilən, o cümlədən regionlar üzrə fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti - 5 may 2020-ci il.

2. Fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən regionlar üzrə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral, mart və aprel ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti - 31 may 2020-ci il.

Mənbə: https://vergiler.az/news/taxes/8396.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.