e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Ticarət festivallarının təşkili Qaydasında dəyişiklik olunub

2020-07-04 | Hüquq | 4333

“Ticarət festivallarının təşkili Qaydası”nda dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin Kollegiyası qərar verib.

Dəyişiklik Bakı Ticarət Festivallarında iştirak üçün qeydiyyat ərizəsində təqdim ediləcək sənədlərin siyahısı ilə bağlıdır.

Dəyişiklikdən sonra siyahıdan iaşə xidmətlərini həyata keçirən şəxslər üçün sanitariya və yeyinti məhsullarının satışını həyata keçirməklə bağlı dövlət standartlarına uyğunluğu barədə təsdiqedici sənəd çıxarılıb.

Qərar iyulun 1-dən qüvvəyə minib.

Günay Elşadqızı

Mənbə: https://apa.az/az/sosial_xeberler/Ticart-festivallarinin-tskili-Qaydasinda-dyisiklik-olunub-595018


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.