e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qurban bayramı ilə əlaqədar QEYRİ-İŞ GÜNLƏRİ belə olacaq

2020-07-21 | Kadr işi | 7480

Azərbaycanda Qurban bayramı ilə əlaqədar beşgünlük iş həftəsində işləyənlər üçün avqustun 3-ü istirahət günü olacaq.

Trend-in məlumatına görə, 31 iyul və 1 avqust ölkədə Qurban bayramı qeyd edilir.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 avqust tarixi istirahət günü hesab olunacaq.

Mənbə: https://az.trend.az/azerbaijan/society/3272698.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.