e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

2019-03-29 | Mühasibat uçotu | 3725

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

"Report" xəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda bildirilib.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən qanuna əsasən, illik maliyyə hesabatları 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı" hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az linki vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Əlavə məlumat üçün (012) 404 46 99 nömrəli telefonlarla (daxili nömrələr - 129 Sevinc Məmmədova, 282 Elnarə Kazımova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova) əlaqə saxlamaq olar", - deyə məlumatda qeyd olunub.

Mənbə: https://report.az/maliyye/maliyye-nazirliyi-qht-lere-muraciet-edib-28032019/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.