e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Yeni hesabat formaları təsdiq edilib

2019-03-29 | Vergilər | 3633

Aprel ayından 2019-cu il və sonrakı dövrlər üzrə yeni "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat" və "İşsizlik sığortası üzrə rüblük hesabat"ın yeni formaları BTP proqram təminatına yüklənəcək. Qeyd edilən hesabat formalarını aşağıdakı linkdən yükləyə bilərsiniz:

http://www.taxes.gov.az/modul.php?name=beyanname&cat=4&lang

"Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat" formasının tərtib edilməsi qaydalarına əsasən, sığortaedənin fəaliyyət sahələri üzrə meyarından asılı olaraq neft-qaz, dövlət və qeyri-dövlət, neft-qaz sektoruna aid olmayan sığortaedənlərin hesabatları fərqlənəcək. Eləcə də "Aylıq gəliri 200 manatadək olan sığortaolunanlar üzrə", "Aylıq gəliri 200 manatdan çox olan sığortaolunanlar üzrə", "Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə gəlirlər", "Vəkillər kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin əldə etdiyi gəlirlər" üzrə məlumatlar ayrıca daxil ediləcək.

Mənbə: https://vergiler.az/news/taxes/1513.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.