e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Baş mühasib vəzifəsinə tələblər dəyişdirilir

2019-04-03 | Mühasibat uçotu | 3908

Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədilə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə yeni bənd əlavə edilməsi təklif olunub. Əlavədə büdcə təşkilatlarının rəhbərinin ixtisasca mühasib olmayan şəxsləri baş mühasib vəzifəsinə təyin etdiyi təqdirdə, cərimələnməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcək.

Məcəlləyə dəyişiklik Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: https://vergiler.az/news/economy/1572.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.