e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Avtoservislərin nə qədər vergi ödəyəcəyi məlum oldu - RƏSMİ

2019-05-01 | Vergilər | 3192

Avtotəmir sexində işləyən fiziki şəxsin vergi öhdəliyi nədən ibarətdir?

FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya xidmətindən bildirilib ki, qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir. Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alınmaq mümkündür. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) ibarət olacaq. Belə ki, yalnız əhaliyə xidmət göstərilən halda gəlirlərindən xərclə çıxılmadan 2 faiz dərəcə ilə vergi ödəməklə fəaliyyət göstərmək olar. Vergiödəyicilərinə xidmət göstərilən halda əldə edilən gəlirlərdən xərclər çıxılmaqla 20 faiz gəlir vergisi ödənilir.

Mənbə: https://www.fed.az/az/avto/66210/avtoservislerin-ne-qeder-vergi-odeyeceyi-melum-oldu-resmi


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.