e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Yoxlamaların əhatə dairəsi dəqiqləşdirilir

2019-05-22 | Hüquq | 2843

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunda dəyişiklik gözlənilir. Artıq bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının gündəliyinə daxil edilib.

Prezidentin təqdimatı ilə parlamentə daxil olmuş qanun layihəsinə əsasən, mövcud qanunun 2.2-ci maddəsindəki "vergi yoxlamalarına" sözlərindən sonra "tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara" sözləri əlavə edilir. Həmçinin, 10.3-cü maddədəki "sahəsində" sözünün "yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində" sözləri ilə əvəzlənməsi təklif edilir.

Qanunun "Qeyd" hissəsində göstərilir ki, qanun layihəsi yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb. Qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə adıçəkilən qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Mənbə: https://vergiler.az/news/economy/2270.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.