Əlavə məzuniyyət nə vaxt və kimlərə verilir

2018-07-10 | Kadr işi | 6930

AR Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyəti 2 hissədən ibarətdir: əsas və əlavə məzuniyyət. Əlavə məzuniyyət aşağıdakı hallarda verilir:

  • Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər;
  • Əmək stajına görə əlavə məzuniyyətlər;
  • Uşaqlı qadınların əlavə məzuniyyətləri.

Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət

Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə AR Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı.

Əmək stajına görə əlavə məzuniyyət

Əmək stajından asılı olaraq işçilərə:

  • 5 ildən 10 ilədək əmək stajı olduqda — 2 təqvim günü;
  • 10 ildən 15 ilədək əmək stajı olduqda — 4 təqvim günü;
  • 15 ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
AR Əmək Məcəlləsində deyilir ki:

"Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə* işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə AR Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir."

Lakin, onu qeyd etmək lazımdır ki, AR Konstitusiya Məhkəməsinin 29.11.2000-ci il tarixli qərarı ilə "bir müəssisədə" müddəası qüvvədən düşmüşdür. Bu səbəbdən də, əmək stajına görə əlavə məzuniyyət işçinin bir müəssisədə işlədiyi staja görə deyil, əmək kitabçasında hesablanan ümumi staja görə verilir.

Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər aşağıda qeyd edilən işçilərə verilmir:

  • Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər;
  • Yaşı 16-dan az və 16 yaşından 18 yaşınadək olan işçilər;
  • Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər;
  • Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçiləri.
Yuxarıda qeyd edilən işçilərə verilən məzuniyyət xüsusi qaydada müəyyən edilir.

*Qeyd: AR Konstitusiya Məhkəməsinin 29.11.2000-ci il tarixli qərarı "AR Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran "bir müəssisədə" müddəası AR Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin" ("Azərbaycan" qəzeti, 01.12.2000-ci il, N 276, AR Konstitusiya Məhkəməsinin Məlumatı N2/2001)

Uşaqlı qadınların əlavə məzuniyyətləri

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin yuxarıda nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.

Yuxarıda müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

Uşaqlı qadınlara aid edilən əlavə məzuniyyətlər aşağıda qeyd edilən işçilərə verilmir:

Əsas

AR Əmək Məcəlləsi, Maddələr: 115, 116, 117

"Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin Qərarı N92

Mənbə: www.muhasib.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!