Şübhəli borclar üzrə ehtiyatın yaradılması. Ümidsiz borcların silinməsi.
2018-07-31 | Mühasibat uçotu | 10979İlk öncə şübhəli və ümidsiz borcların yaranmasına və mahiyyətinə baxaq.
* Debitor borclar - təsərrüfat əməliyyatları nəticəsində müəssisəyə hüquqi və fiziki şəxslər tərəfindən ödənilməli olan borc məbləğidir. Adətən borclar malların (xidmətlərin, işlərin) kreditə satılması nəticəsində yaranır. Debitor borclar adi, şübhəli və ümidsiz olur.
* Şübhəli borclar - malların satılması, xidmətlərin göstərilməsi, işlərin görülməsi nəticəsində yaranan və müqavilədə qeyd edilən vaxtda ödənilməyən, və zamin, girov, bank zəmanəti kimi təminatı olmayan borc məbləğidir.
* Ümidsiz borclar - iddia müddəti keçmiş, və icrası mümkün olmadığına görə mülkü qanunvericiliyə görə öhdəliyə xitam verilmiş borclara deyilir
* - Təriflər şərtidir, heç-bir qanunvericilik aktından götürülməyib.
Eyni zamanda, müəssisənin uçot siyasətində debitor borcların şübhəli və ümidsiz borc kimi gəbul edilməsi üçün meyarlar müəyyən edilməlidir. Misal üçün, 3 aydan çox ödənilməyən debitor borclar şübhəli hesab edilir, və bunun üçün ehtiyat yaradılır, və 3 ildən artıq ödənilməyən debitor borclar ümidsiz hesab edilərək silinir.
Bundan başqa, qeyd etmək lazımdır ki, AR Mülki Məcəlləsinə əsasən aşağıdakı hallarda borca xitam verilir və o ümidsiz hesab edilib gəlirlərə və ya xərclərə silinə bilər:
- Borcun bağışlanması (Maddə 546)
- Müddətin keçməsinə (Maddə 551)
- Borclunun ölümü nəticəsində (Maddə 558)
- Hüquqi şəxsin ləğvi nəticəsində (Maddə 559)
AR Mülki Məcəlləsi, Maddə 551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. |
Bundan başqa, borcun ümidsiz hesab edilməsi üçün meyarlardan biri də iddia müddətinin keçməsini hesab etmək olar. Yanı hüququn pozulmuşsa, onu neçə müddət ərzində məhkəməyə şikayət edə bilərsən. O müddətdən sonra, məhkəməyə müraciət etsəndə, və məhkəmənin qərarı sənin xeyrinə olsada, borclu öz borcunu qaytarmaya bilər. AR Mülki Məcəlləsinin 372.2 maddəsinə əsasən:
İddia müddəti - başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
AR Mülki Məcəlləsi, Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. |
Debitor borclarının inventarizasiyası
Bundan başqa, şübhəli və ümidsiz debitor borcların müəyyən edilməsi üçün müəssisədə olan debitor boclar illik inventarizasiya olunmalıdır. Debitor borcların inventarizasiyası AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş"Aktivlərin və öhdəliklərin invåntarizasiyası Qaydaları"na əsasən aparılır.
Mühasibat uçotu subyekti tərəfindən debitor borclarının inventarizasiyası zamanı aşağıdakılar yoxlanılmalıdır:
- alıcılar və sifarişçilərin uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər;
- törəmə (asılı) müəssisələrin uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər;
- əsas idarəetmə heyətinin uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər;
- icarə üzrə uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər;
- tikinti müqavilələri üzrə uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər;
- faizlər üzrə uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər;
- digər uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər.
Debitor borcları inventarizasiya olunarkən komissiya bu aktivlərə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, yaranma tarixini, təyinatını, miqdarını, məbləğini qeyd etməlidir.
Mühasibat uçotu registrlərində və yaxud debitor borcları üzrə digər sənədlərdə fərq və çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.
Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən debitor borcları, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir.
İnventarizasiya komissiyası sənədli yoxlama üsulu ilə iddia müddəti keçmiş ümidsiz və şübhəli debitor borclarının siyahısını müəyyən etməlidir.
Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən debitor borcları mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.
Şübhəli borclar üzrə ehtiyatların yaradılması. Şübhəli və ümidsiz borclar üzrə xərclər.
Şübhəli borclar üzrə ehtiyatın yaradılmasına əsas hesabat ilinin sonuna debitor borcların inventarizasiyasının nəticələri olur.
Ehtiyatın həcmi hər bir debitor borc üzrə ayrı-ayrılıqda müəyyən edilir. Borclunun real maliyyə vəziyyəti və borcun qaytarılması ehtimalları qiymətləndirilir.
Şübhəli debitor borclar üzrə ehtiyatların yaradılması üçün aşağıdakı addımlar atılır:
- debitor borcların inventarizasiyası zamanı müqavilə şərtlərinə əsasən vaxtında ödənilməyən və müvafiq zəmanəti olmayan şübhəli debitor borc müəyyən edilir;
- hər bir şübhəli debitor borclunun maliyyə vəziyyəti və bocun qaytarılma ehtimalının qiymətləndirilməsi əsasında yaradılan ehtiyatın məbləği müəyyən edilir;
Şübhəli borclar üzrə ehtiyatların yaradılması aşağıdakı üsullar ilə aparıla bilər:
- interval üsulu;
- ekspert üsulu;
- statistik üsul;
İnterval üsul
Bu üsulda şübhəli borclar üzrə ehtiyat fonduna ayırmanın məbləği borcun gecikməsi müddətindən asılı olaraq borc məblğinə faiz nisbətində rüblük (aylıq) hesablanır. Misal üçün, telekommunikasiya müəssisəsinin uçot siyasətinə əsasən 30 gün gecikdirilmiş borcların qaytarmama ehtimalı 30%, 60 gün gecikdirilmişlərin 60%, və 90 gün gecikdirilmişlərin borcu qaytarmama ehtimalı 100%-dir. Belə olduqda, gecikdirilmiş debitor borcları qruplar üzrə bölürlər, və ehtiyat məbləğini müəyyən etmək üçün hər qrupu müvafiq faizə vururlar.
Ekspert üsulu
Bu üsulda hər bir şübhəli borc üzrə ehtiyat fonduna ayrılan məbləğ müəssisənin mülahizəsinə görə qaytarılma ehtimalına əsasən müəyyən edilir.
Statistik üsul
Bu üsulda şübhəli borclar üzrə ehtiyat fonduna ayırmanın məbləği bir neçə illər üzrə yığılmış məlumatlar əsasında aparılır. Burada illər üzrə ümidsiz borcların məbləğinin ümumi debitor borclarda nisbəti tapılır, və cari ildə ehtiyat fonduna ayırmanın məbləğini müəyyən etmək üçün debitor borc məbləğinə vurulur. Misal üçün, alıcılar tərəfindən ödənilməyən borcların ümumi borclarda nisbəti.
Şübhəli və ümidsiz borclar üzrə ehtiyatların yaradılması üçün mühasibat məlumat-hesablama vərəqi hazırlamaq lazımdır. Ehtiyatın hesablanması üçün borc ƏDV daxil nəzərə alınır.
Şübhəli və ümidsiz borclar üzrə ehtiyatların yaradılması və istifadə üçün aşağıdakı hesablardan və müxabirləşmələrdən istifadə edilir:
218 ¹li "Şübhəli borclar üzrə düzəlişlər" hesabında müəssisənin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar şübhəli borclar üzrə düzəlişlərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
731-6 ¹li "Şübhəli və ümidsiz borclar üzrə xərclər" subhesabında mühasibat uçotu subyektinin şübhəli və ümidsiz borclar üzrə xərcləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Şübhəli və ümidsiz borclar üzrə yaranan xərclərin məbləğinə hesabat dövrünün zərəri kimi 801 ¹li hesabın müvafiq subhesablarının debeti və 731-6 ¹li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.
N | Əməliyyatın məzmunu | Debet | Kredit | Məbləğ |
1 | Şübhəli borclar üzrə ehtiyatların yaradılması. | 731-6 "Şübhəli və ümidsiz borclar üzrə xərclər" | 218 "Şübhəli borclar üzrə düzəlişlər" | - |
2 | Şübhəli borclar üzrə yaradılan xərclər silinir. | 801 "Ümumi mənfəət(zərər)" | 731-6 "Şübhəli və ümidsiz borclar üzrə xərclər" | - |
3 | Ümidsiz borcun silinməsi. | 218 "Şübhəli borclar üzrə düzəlişlər" | 171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" | - |
4 | İlin sonunda ehtiyatın istifadə edilməmiş hissəsi maliyyə nəticələrinə aid edilir. | 218 "Şübhəli borclar üzrə düzəlişlər" | 801 "Ümumi mənfəət(zərər)" | - |
Ümidsiz borcların silinməsi
Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ümidsiz debitor borclar silindikdə aşağıdakı mühasibat yazılışları verilir:
- malların (işlərin, xidmətlərin) satışı, verilmiş borclar, kreditlərə görə hesablanmış faizlər, mühasibat uçotu subyektinin aktivlərinin istifadə etmə hüququnu təmin edən müqavilələrə əsasən icarəçi tərəfindən ödənilməli olan icarə haqlarının dəyərinə 218 ¹li hesabın müvafiq subhesablarının debeti və 211, 212, 213, 214, 215, 216, 217 ¹li hesabların müvafiq subhesablarının krediti üzrə;
- malların (işlərin, xidmətlərin) satışı, mühasibat uçotu subyektinin aktivlərinin istifadə etmə hüququnu təmin edən müqavilələrə əsasən icarəçi tərəfindən ödənilməli olan icarə haqlarına görə hesablanmış əlavə dəyər vergisinə 521, 545 ¹li hesabların müvafiq subhesablarının debeti və 211, 212, 213, 214, 215, 217 ¹li hesabların müvafiq subhesablarının krediti üzrə.
Ümidsiz borcların bərpası
611-6 ¹li "Ümidsiz borcların bərpası" subhesabında mühasibat uçotu subyektinin əvvəllər ümidsiz borc kimi silinmiş debitorlar tərəfindən borcların qaytarılması şəklində əldə edilən gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman aşağıdakı mühasibat yazılışları verilir:
- silinmiş debitor borcun əlavə dəyər vergisiz məbləğinə 171, 172, 173, 174, 175, 176, 177, 211, 212, 213, 214, 215, 216, 217 ¹li hesabların müvafiq subhesablarının debeti və 611-6 ¹li subhesabın krediti üzrə;
- silinmiş debitor borcun bərpası ilə əlaqədar hesablanmış əlavə dəyər vergisinə 171, 172, 173, 174, 175, 177, 211, 212, 213, 214, 215, 217 ¹li hesabların müvafiq subhesablarının debeti və 545 ¹li hesabın müvafiq subhesablarının krediti üzrə, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 ¹li hesabın müvafiq subhesablarının debeti və 521 ¹li hesabın müvafiq subhesablarının krediti üzrə;
- ümidsiz debitor borca görə şübhəli borclar üzrə əvvəlki dövrlərdə hesablanmış düzəliş məbləğinə 218 ¹li hesabın müvafiq subhesablarının debeti və 611-6 ¹li subhesabın krediti üzrə.
Ümidsiz borcların bərpası nəticəsində yaranan məbləğə hesabat dövrünün mənfəəti kimi 611-6 ¹li subhesabın debeti və 801 ¹li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Müddəti keçmiş kreditor borcların silinməsi
Müəssisədə keçirilən kreditor borcların inventarizasiya nəticəsində iddia müddəti keçmiş kreditor borclar müəyən edilir. İddia müddəti keçmiş kreditor borclar müəssisənin sair əməliyyat gəlirləri kimi tanına bilər.
Müddəti keçmiş kreditor borcların silinməsi zamanı 431, 531 ¹li hesabın müvafiq subhesablarının debeti və 611-6 ¹li hesabın krediti üzrə mühasibat yazılışı verilir.
Vergi uçotu
Şübhəli və ümidsiz borcların vergi uçotu zamanı əsas 2 sual yarana bilər:
- Şübhəli borclar üzrə hesablanan xərcləri (ehtiyat fondu yaratdıqda) müəssisənin vergitutulan mənfəətini azaldan xərclərə aid etmək olarmı?
- Silinən ümidsiz borcların məbləği gəlirdən çıxılan xərclərə aid edilə bilərmi?
İlk suala cavab mənfidir. Çünki şübhəli borclar üzrə hesablanan xərcləri (ehtiyat fondu yaratdıqda) müəssisənin mənfəətini azaldan xərclərə aid edilməsi mühasibat uçotunda nəzərdə tutulsada, AR Vergi Məcəlləsində (vergi uçotunda) nəzərdə tutulmayıb.
İkinci suala gəldikdə gəlin ilk öncə AR Vergi Məcəlləsinin 111-ci maddəsinə nəzər yerirək
AR Vergi Məcəlləsi, Maddə 111. Ümidsiz borcların gəlirdən çıxılması 111.1. Əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. 111.2. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. 111.3. Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər. |
111-ci maddənin birinci böndindən göründüyü kimi, vergi ödəyicisi ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Bundan başqa, maddənin tətbiqi bir neçə şərtlə şərtləndirilir:
- verg ödəyicisi uçotu hesablama metodu ilə aparmalıdır;
- debitor borc yalnız malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əmələ gəlməlidir;
- ümidsiz borc kimi silinən məbləğ əvvəlki debitor borcun yarandığı dövrdə gəlir kimi nəzərə alınmalı və vergiyə cəlb olunmalıdır;
- vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləği dəyəri olmayan borc kimi silinməlidir.
Bundan başqa, borcun ümidsiz olmasının təsdiqlənməsi tələb edilir. Qanunvericilikdə birbaşa "Ümidsiz borc" anlayışının verilməməsi bəzi çətinliklər yaradır. Borcun ümidsiz olması mülki hüquq münasibətlərinin subyektləri arasında mülki münasibətləri tənzimləyən Mülki Məcəllə ilə müəyyənləşdirilir. AR Mülki Məcəlləsinin müddəalarına əsasən aşağıdakı hallarda borca xitam verilə bilər:
- Borcun bağışlanması (Maddə 546)
- Müddətin keçməsi (Maddə 551)

Bundan başqa, borcun ümidsiz hesab edilməsi üçün meyarlardan biri də iddia müddətinin keçməsini hesab etmək olar (Maddə 372, 373).
Onu da qeyd edək ki, bəzi hallarda, debitor borcun ümidsiz olmasının təsdiqlənməsi üçün borclunun məhkəməyə verilməsi və məhkəmə qərarı tələb olunur.
Əlavə olaraq qeyd edək ki, kreditor tərəfindən ümidsiz borc kimi silinən məbləğ əks tərəfin gəliri hesab olunmaqla vergiyə cəlb olunmalıdır.
Qanunvericilikdə nəzərdə tutulan iddia müddətini keçmiş kreditor deponent borc məbləğləri Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlərinə aid edilməklə müvafiq qanunvericilikdə göstərilən qaydada rəsmləşdirmə aparma şərtilə vergi ödəyicisinin vergi tutulan gəlirinə daxil edilir və vergiyə cəlb olunur.
Sənədləşmə
Borcun ümidsiz olmasını təqdiqləmək üçün, fikrimizcə, aşağıdakı sənədləri hazırlamaq məqsədəuyğundur:
- borcun ümidsiz olmasını təsdiq etmək üçün bütün lazımi sənədləri taplamaq (ilkin sənədlər, müqavilələr, borcluya göndərilən məktublarının sürəti, vergi ödəyicisinin ləğv edilməsi və ya müflis edilməsi barədə müvafiq dövlət orqanlarından çıxarışlar, məhkəmə qərarları və s.)
- müəssisədə debitor borcların inventarizasiyasını keçirmək, və iddia müddəti keçmiş ümidsiz və şübhəli debitor borclarının siyahısını müəyyən etmək;
- mühasibatlıq tərəfindən ümidsiz borcun silinməsinin zəruri olduğunu əsaslandıran akt hazırlamaq
- ümidsiz borcun silinməsi ilə bağlı müəssisə rəhbərinin əmrini hazırlamaq.
Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların silinməsi
Ayrıca vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların silinməsi ilə bağlı qeyd edək ki bu borcların silinməsi AR Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir
Vergi orqanları tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların silinməsi halları VM-in 93-cü maddəsinə əsasən aşağıdakılardır:
- VM-də müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda;
- VM-də müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə.
Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarması ilə bağlı ümidsiz borcların silinməsi barədə bildiririk ki, VM-in 85.4-cü maddəsində qeyd edilmişdir ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12.01.2011-ci il tarixli uərarı ilə müəyyən edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.
VM-in 93.2-ci maddəsinə əsasən, digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.
Normativ-hüquqi aktlar
AR Vergi Məcəlləsi. Maddələr: 13.2.12, 13.2.16.5, 93, 111
AR Mülki Məcəlləsi, Maddələr: 373, 546, 551, 558, 559