Əcnəbilər Azərbaycanda hansı şərtlərlə işləyə bilərlər?
2014-01-03 | Kadr işi | 3146Son illər Azərbaycanın sosial-iqtisadi inkişafı ölkəmizə gələn əcnəbilərin sayının artmasına səbəb olub. Onlar arasında turist kimi gələnlərlə bərabər, işləmək məqsədilə gələnlərin sayı da kifayət qədərdir. Əcnəbilərin bir qismi ölkədə leqal yolla əmək fəaliyyəti ilə məşğul olursa, müəyyən qismi də qeyri-leqal yolla işləyirlər. Azərbaycanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayının ilbəil azalması bu sahədə ölkə qanunvericiliyində həyata keçirilən islahatlar və müvafiq dövlət qrumlarının fəaliyyəti ilə əlaqədardır.
Azərbaycan qanunvericiliyinə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələr verilməlidir.
Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Gülşən Həsənova mətbuata açıqlamasında bildirib ki, əcnəbilərə fərdi icazələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən verilir: "Fərdi icazə ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə tələb olunan sənədlər haqqında məlumatları rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir. Nazirlik 5 iş günü müddətində daxil olmuş məlumatlara baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə rəy verir. Nazirlik tərəfindən həmin müddət ərzində rəyin bildirilməməsi fərdi icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. Fərdi icazənin verilməsi və ya bundan imtina olunması barədə müvafiq qərar Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilir".
Hüquqşünasın sözlərinə görə, iş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir: "İş icazəsi almaq üçün işəgötürən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu, nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandırmalıdır. Həmçinin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) daşıyıcısı olmaması mütləqdir".
Hüquqşünas Gülşən Həsənova deyib ki, iş icazəsinin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər: "İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış ərizə ilə müraciət etməlidir. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən ərizə-anketi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surətini, Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surətini, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) daşıyıcısı olmaması haqqında tibbi arayışı təqdim etməlidir".
Sonda hüquqşünas bildirib ki, Azərbaycan Respublikasında haqqı ödənilməklə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə 1000 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
Mənbə: www.trend.az