Fövqəladə hadisələrin nəticələrinin mühasibat və vergi uçotunda əks etdirilməsi
2019-04-09 | Mühasibat uçotu | 5802İstənilən müəssisə fövqəladə hadisələr ilə qarşılaşa bilər - zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, yanğın, istehsalatda texniki qəza və s. Fövqəladə hadisələr zamanı müəssisəyə məxsus tikililər, avadanlıqlar, mal-material ehtiyatları, pul vəsaitləri və s. qiymətlilər zərər çəkə bilərlər. Birbaşa itki və zərərlərdən başqa müəssisə fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması üçün əlavə xərclər çəkə bilər: tikili və avadanlıqların təmiri, müəssisənin təqsiri üzündən dəymiş zərərlərə görə zərərçəkmişlərə kompensasiyaların ödənilməsi və s.
Fövqəladə hadisələrin nəticələri mühasibat və vergi uçotunda düzgün əks etdirilməlidir ki, müəssisə ona dəyən zərərləri dəqiq müəyyən etsin və müəssisənin fəaliyyətinə bu hadisələrin təsirini azaltmaq üçün effektiv qərarlar verə bilsin.
Fövqəladə hallar, hadisələr və onların təsnifatı.
Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hal - ətraf mühitə və insan səhhətinə ziyan vuran, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir!
Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür.
Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.). Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir.
Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.). Bunlardan - yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərmək olar.
Mühasibat uçotu
Fövqəladə hadisə baş verdikdən sonra onun müəssisənin təsərrüfatına nə cür təsir etdiyini müəyyən etmək üçün müəssisədə inventarizasiya keçirilməlidir. Belə ki, "Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları"na əsasən yanğın, təbii fəlakət, qəza və digər fövqəladə hadisələr baş verdikdə aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılması məcburidir. Onu da qeyd edək ki, inventarizasiyanın nəticələri mühasibat uçotunda inventarizasiyanın bitdiyi tarixə əks olunmalıdır.
Fövqəladə hadisə zamanı müəssisənin həm xərcləri, həm də gəlirləri yarana bilər. Fövqəladə gəlirlər və xərclər adi fəaliyyət zamanı yaranmayan, fövqəladə hadisələrin və halların ortaya çıxması nəticəsində yaranan gəlirlər və xərclərdir.
Fövqəladə xərclərin uçotu
Fövqəladə hadisə və hallar zamanı (yanğın, istehsalatda qəza, təbii fəlakət və s.) aşağıdakı fövqəladə xərclər yarana bilər:
- fövəladə hadısələr zamanı müəssisənin əmlakının itkisi və ona dəyən zərər;
- fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün çəkilən xərclər.
- istehsalın dayandırılmasına görə itkilər;
Fövqəladə xərclərin uçotu Mühasibat uçotunun Hesablar Planının 76-cı maddəsində əks etdirilir. Bu maddədə fövqəladə hadisə və əməliyyatların nəticələrinə əsasən yaranmış fövqəladə xərclər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 761 №li "Fövqəladə xərclər" hesabı açılır.
Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən çəkilmiş fövqəladə xərclər tanınma meyarlarına uyğun olaraq 761 №li hesabın müvafiq subhesablarının debeti və 435, 445, 538, 545 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
Fövqəladə xərclər üzrə yaranan məbləğə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 761 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Müəssisənin anbarında yanğın baş vermişdir. Yanğın zamanı anbarda olan 4 000 AZN məbləğində hazır məhsula, 15 000 manat qalıq dəyəri olan anbar avadanlığına (soyuduculara) və anbar binasına çiddi zərər dəymişdir. Anbarın təmiri ilə bağlı 1 000 AZN məbləğində xərc çəkilmişdir. Əməliyyatlar üzə müxabirləşmələr aşağıda göstərilmişdir
N | Əməliyyatın məzmunu | Debet | Kredit | Məbləğ |
1 | Yanğın zamanı anbarda olan hazır məhsul yararsız hala düşmüşdür | 761 "Fövqəladə xərclər" | 204 "Hazır məhsul" | 4 000 |
2 | Yanğın zamanı yararsız hala düşmüş avadanlıqların silinməsi | 761 "Fövqəladə xərclər" | 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" | 15 000 |
3 | Anbarda yanğının nətiçələrini aradan qaldırmaq üçün çəkilən xərclər | 761 "Fövqəladə xərclər" | 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" | 1 000 |
4 | Hesabat dövrünün sonunda fövqəladə xərclərin silinməsi | 801 "Ümumi mənfəət (zərər)" | 761 "Fövqəladə xərclər" | 20 000 |
Fövqəladə gəlirlərin uçotu
Fövqəladə gəlirlərə, misal üçün, fövqəladə hadisə zamanı yarasız hala düşmüş və ləğv edilən əsas vəsaitlərdən qalan materiallar aid edilə bilər, fövqəladə hadisə səbəbindən ödənilən siğorta ödənişləri və s.
Fövqəladə gəlirlərin uçotu Hesablar Planının 64-cü maddəsində əks etdirilir. Bu maddədə fövqəladə hadisə və əməliyyatların nəticələrinə əsasən əldə edilmiş fövqəladə gəlirlər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 641 №li "Fövqəladə gəlirlər" hesabı açılır.
Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən əldə edilmiş fövqəladə gəlirlər tanınma meyarlarına uyğun olaraq 177, 217 №li hesabların müvafiq subhesablarının debeti və 641 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.
Fövqəladə gəlirlər üzrə yaranan məbləğə hesabat dövrünün mənfəəti kimi 641 №li hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

1 | Anbar binasının sökülməsindən istifadəyə yararlı materiallar əldə edilmişdir. | 201 "Xammal və materiallar" | 641 "Fövqəladə gəlirlər" | 1 000 |
2 | Alınmış sığorta ödənişləri əks etdirilir | 217 "Digər qısamüddətli debitor borcları" | 641 "Fövqəladə gəlirlər" | 2 000 |
Vergi uçotu
Fövqəladə hadisələr zamanı vergi uçotunda yararsız hala düşmüş və silinən mal-material ehtiyatlarının və əsas vəsaitlərin ƏDV cəlb olunub-olunmamasına, yaranan föqəladə gəlir və xərclərin gəlir(mənfəət) vergisinə cəlb olunmasına diqqət yetirmək lazımdır.
159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
Beləliklə, maddədən də göründüyü kimi, fövqəladə hadisə zamanı müəssisəyə məxsus malların və əsas vəsaitlərin itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır.
Bundan başqa, mühasibat uçotundan fərqli olaraq malların fövqəladə hal nəticəsində qismən və ya tam şəkildə yararsız hala düşməsi nəticəsində yaranmış zərər gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə gəlirdən çıxılan xərclərə aid edilmir.

1 | Hesabat dövrünün sonunda fövqəladə xərclərin silinməsi | 343 "Keçmiş illər üzrə bölühdürülməmiş mənfəət (ödənilməmiş zərər)" | 761 "Fövqəladə xərclər" | 20 000 |
Yarasız hala düşmüş və silinən malların dəyəri "Mənfəət vergisi bəyannaməsinə 1 nömrəli Əlavə"nin "Mallar" sətirinin "Ləğv edilmişdir" sütununda göstərilir.
Sadələşdirilmiş vergi ödəyicisi üçün vergitutma obyektini hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara görə əldə edilmiş ümumi hasilat, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi təşkil etdiyindən, yararsız mallarının uçotdan silinməsi zamanı sadələşdirilmiş vergi hesablanmır.
Təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Repsublikası Prezidenti, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları öz səalhiyyətləri daxilində) qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən birdəfəlik maddi yardımlar göstərilə bilər. Bu tip kompensasiya xarakterli ödəmələr gəlir(mənfəət) vergisindən azaddır.
Eyni zamanda, "Sosial sığorta haqqında AR" qanunun 15-ci maddəsinə əsasən təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən fərdi sahibkarlara göstərilən birdəfəlik yardımlara məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
Sənədləşmə
Onu da qeyd etmək lazımdır ki, fövqəladə hadisənin baş verdiyi faktı mütləq sənədləşdirilməlidir (fövqəladə hadisənin baş verdiyini təsdiqləyən akt, arayış və s.). Bunun üçün fövqəladə hadisələr zamanı yaranan nəticələrin aradan qaldırılması ilə məşğul olan dövlət qurumlarına müraciət etmək lazımdır: FHN, DİN və s.
Bundan sonra, müəssisə rəhbərinin əmri ilə müəssisədə inventarizasiya keçirilməlidir. İnventarizasiya qurtardıqdan sonra inventarlaşma komissiyasi müəssisə (təşkilat) rəhbəri tərəfindən qəbul edilən qərar və verilən təklif qeyd edilməklə protokol tərtib olunur. İnventarizasiyanın nəticəsi onun aparılmasından sonra 10-gün ərzində uçotda əks etdirilməlidir.
Əsas vəsaitlərin silinməsi zamanı müəssisə aşağıdakı addımları ardıcıl olaraq etməlidir:
1. Müəssisə rəhbərinin əmri əsasında əsas vəsaitlərin silinməsi ilə bağlı komissiya yaradılır.
Əmrdə komissiya üzvlərin siyahısı əks olunur. Həmin komissiyanın tərkibinə təşkilatın rəhbərinin müavini, baş mühasibi, habelə təşkilatın aidiyyəti struktur bölmələrinin rəhbərləri daxil edilir. Komissiyanın sədri təşkilatın rəhbərinin müavini, sədrin müavini isə baş mühasib olmalıdır.
Komissiya əsas vəsaitin istifadəyə yararsızlığını, təmirinin mümkünsüzlüyünü müəyyənləşdirir; silinmə səbəblərini yoxlayır (köhnəlmə, normal istismar şərtlərinin pozulması nəticəsində vaxtından əvvəl sıradançıxma, təbii fəlakət, qəza); əsas vəsaitin ayrı-ayrı hissələrinin, detallarının və digər materialların mövcudluğunu, miqdarını və istifadəyə yararlılığını müəyyən edir və s. Komissiya öz işinə qiymətləndiricilər, müstəqil auditor, səlahiyyətli qurumların mütəxəssislərini cəlb etmək hüququna malikdir.
2. Daha sonra Komissiya yoxlamanın nəticəsini aktlaşdırır.
3. Komissiyanın verdiyi nəticələr əsasında müəssisə rəhbəri əsas vəsait ilə bağlı qərarını müəyyən edir və əsas vəsaitin tam və ya qismən ləğv edilməsi ilə bağlı Əmr imzalayır.
Əmr-in nümunəsi buradan yükləyə bilərsiniz.
4. Əmr əsasında "Əmlakın (Qiymətlilərin) Ləğvi Aktı" tərtib edilir.
Nəqliyyat vasitəsinin ləğv edilməsi zamanı "Avtomobil Nəqliyyatı Vasitələrinin Ləğvi Aktı" tərtib edilir.
5. "Əmlakın (qiymətlilərin) ləğvi aktı" əsasında əsas vəsaitin inventar kartında və mühasibat uçotu hesablarında qeydlər edilir.
Mal-material ehtiyatlarının itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hal nəticəsində baş verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında "Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt" (Forma № FİƏM-1)-ı tərtib edilir və həmin mallar müəssisənin balansından silinirlər.