Mühasib peşəsinə 4-ci səyane inqilabının təsiri ilk olaraq ABŞ-da başladı.

2019-06-14 | Sertifikasiyalar | 3650

Peşəkar mühasib lisenziyasını almaq üçün mühasiblər müasir texnologiyalardan da imtahan olunacaqlar.

Dövlət Mühasibat Uçotu Şurası Milli Assosiasiyası (National Association of State Boards of Accountancy -NASBA) və Amerika Sertifikatlı Mühasiblər İnstitutu (American Institute of Certified Public Accountants - AICPA) peşəkar mühasiblərin lisenziyalaşdırılma (CPA) modelinin inkişaf etdirilməsi ilə bağlı və müasir texnologiyalar ilə işləmək üçün yeni bilik və bacarıqlara tələbatın artmasını nəzərə alaraq ictimai müzakirələr keçirirlər.

Keçən il NASBA və AİCPA lisenziyalaşdırma qaydalarında mümkün olan dəyişiklərin təhlili üçün birgə iş qrupu yaratmışdılar. Qrupun üzvləri mühasiblərin texniki və analitik bacarıqlarına tələblərin artmasını nəzərə alaraq mühasiblərin peşəkar biliklərinə və imtahanların keçirilməsi tələblərinə dəyişiklərin edilməsini tövsiyyə etmişdilər.

Bu məsələ ilə bağlı müzakirə aparmaq üçün hər iki təşkilat iki gün öncə müzakirəyə dəvətnamə dərc etmişdilər. Bu sənəddə yeni modelin əsasını təşkil edəcək 5 əsas prinsip təklif edilir:

  • Mühasibat uçotu peşəsinin nümayəndələri (CPA sahibləri) məlumatların təhlili, robotlaşma, süni intellekt və s. kimi yeni texnologiyaların gəlişinə operativ reaksiya verməlidirlər. Burada nəzərdə tutulur ki, ictimai maraqların qorunması üçün peşəkar bacarıq və biliklər, xidmətlərin keyfiyyəti və peşəkar münasibətlər daima yenilənməlidir.
  • Peşənin nümayəndələri və standartları hazırlayanlar gəbul edirlər ki, texnoloji və analitik bilik və bacarıqlar audtin keçirilməsində və digər xidmətlərin göstərilməsində mühüm rol oynayır, və hal-hazırda və ya gələcəkdə bu peşənin əsasını təşkil edəcəklər.
  • Peşənin nümayəndələri və standartları hazırlayanlar gəbul edirlər ki, bu peşənin dəstəklənməsi və ictimai maraqların qorunması lisenziyalaşdırmaya tələblərin yenidən baxılmasını tələb edir.
  • Bu səbəbdən də, bu peşəyə daxil olmaq üçün tələblər elə dəyişdirilməlidir ki, texnoloji və analitik bilik və bacarıqlara malik olan şəxslərin bu peşəyə axınını təmin eləsin. Burada hal-hazırda başqa sahələrdə çalışan və CPA sertifikatı almayan, lakin, audit və digər xidmətlərin göstərilməsində mühüm rol oynayan peşəkarlar nəzərdə tutulur.
  • Bu dayanıqlı transformasiyalı dəyişiklikləri tez keçirmək lazımdır. Lakin, bu dəyişikliklər hal-hazırda olan peşəkar nümayəndələrə mənfi təsir göstərməməlidir.

Press relizdə qeyd edilir ki, süni intellektin, robotlaşmanın, məlumatların təhlilinin müasir metodlarının və digər texnologiyaların inkişafını nəzərə alaraq, ictimai müzakirələrə olan bu dəvət ümumi peşə səviyyəsində və CPA sertifikatının verimləsində deyişikliklərin edilməsinə ehtiyacın olmasını göstərir. Belə ki, bu bilik və bacarıqlar CPA sertifikatını alan şəxəslərə peşə xidmətlərini daha keyfiyyətli göstərməsi üçün yeni imkanlar yaradır.

Digər tərəfdən, biznes və sahibkarlar bizim həyata yeni texnologiyaların daxil olması ilə bağlı yeni mütəxəssislərə tələbatın artması ilə cavab verir. Belə ki, yeni CPA lisenziyası almış şəxslər aşağədakı sahələrdə bilik və bacarıqlara malik olmalıdırlar:

  • Biznes-analitika.
  • Məlumatların idarəedilməsi, təhlili və hesabatlar.
  • Predikativ təhlil.
  • Kibertəhlükəsizlik risklərinin idarəedilməsi.
  • İT təhlükəsizlik, nəzarət, və əminlik.
  • Məlumatların təhlükəsizliyinin idarəedilməsi.

NASB və AİCPA mütəxəssisləri təkcə prinsiplər deyil, həm də bu prinsiplər əsasında konsepsiyalar da hazırlamışdılar. Belə ki, konsepsiyalardan birinə görə, müxtəlif diplom sahiblərinin hər bir halda mühasibat uçotu və texnologiyalar sahəsində təhsilləri olmalıdır. Bundan başqa, CPA imtahanı mühasibat uçotu və texnologiyalar üzrə ümumi bilikləri yoxlamalıdır, və eyni zamanda, namizədlərin seçilmiş bilik sahəsində öz biliklərini nümayiş etdirməsinə imkan yaratmalıdır. Bir imtahan hamı üçün nəzərdə tutulur, lakin, ayrı-ayrı bölmələr daxilində hər bir namizədin spesifik biliklərini nəzərə alan fərqli imtahanlar olacaqdır.

Mənbə: https://www.journalofaccountancy.com/news/2019/jun/cpa-licensure-model-input-201921411.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!