Mühasibat uçotunda "bulud texnologiyası"

2019-06-20 | Accountsoft | 315

Bakıda keçirilmiş III Milli Mühasiblər Forumunda çıxış edən "Mühasib.az" saytının rəhbəri Elnur Osmanov müasir dünyada gedən 4-cü sənaye inqilabı və bu inqilabın gətirdiyi texnologiyalar barədə danışıb.

Dördüncü sənaye inqilabı müasir həyatımıza 3D çap, əşyaların interneti (IoT – internet of things), süni intellekt, kiber-fiziki sistemlər (Cyber-physical systems), böyük məlumatlar (Big Data), nanotexnologiyalar, müasir robototexnika kimi texnologiyalar gətirib. Bunlardan biri də "Bulud texnologiyası"dır.

"Bulud texnologiyası" – istifadəçiyə xidmət şəklində internet və ya lokal şəbəkə vasitəsilə əlyetər proqram-aparat təminatıdır. Bu texnologiya müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə imkanı verir. İstifadəçi kompüteri bu halda şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır. Məlumatlar "bulud" deyilən serverlərdə saxlanılır və onlar üzərində müxtəlif hesablamalar aparılır. Müştəri üçün bu, böyük bir virtual serverdir. Fiziki olaraq bu serverlər bir-birindən uzaqda, hətta müxtəlif qitələrdə yerləşə bilərlər.

"Bulud texnologiyası" istifadəçilərə internet xidmətləri kimi mühasibat, idarəetmə, korporativ elektron poçt, sənəd dövriyyəsi xidmətlərini göstərə bilər. Mühasiblər çoxdandır onlayn bank xidmətləri, elektron poçt, elektron bəyannamələrin, vergi hesab-fakturalarının göndərilməsi və s. "bulud xidmətləri"ndən istifadə edirlər: Gmail, Hotmail, Yahoo, Google Apps, Skype, Dropbox, Evernote dünyada ən çox istifadə edilən "bulud xidmətləri" hesab olunur.

"Bulud texnologiyası"nın servisləri

"Bulud texnologiyası" vasitəsilə əsasən aşağıdakı 3 xidmət növü göstərilir:

  • İnfrastruktur servis kimi (IaaS - Infrastructure as a Service);
  • Platforma servis kimi (PaaS - Platform as a Service);
  • Proqram təminatı servis kimi (SaaS - Software-as-a-Service).

Burada bizə maraqlı olan mühasibat proqramlarından biri kimi ERP sistemlərindən istifadə xidmətlərini göstərmək olar. SaaS konsepsiyasına əsasən, istifadəçi bir məhsulu satın alaraq onun üçün ödəniş etmir, onu kirayə götürür. Bundan başqa, o, məhz özünə lazım olan funksiyalardan istifadə edir. Məsələn, bir proqram ildə bir dəfə lazım olursa və proqramdan bundan çox istifadə etmək nəzərdə tutulmursa, lazımsız proqramın kompüterdə yer tutmasına ehtiyac qalmır. SaaS məntiqi WaaS (Work as a Service - İş yeri bir xidmət kimi) anlayışına əsaslanır. Yəni müştəri proqram təminatı ilə işləmək üçün tam təmin olunmuş virtual iş yeri ilə təchiz edilir.

"Bulud texnologiyası"ndan istifadənin üstünlükləri

Mühasibat uçotunu "bulud texnologiyası"nda aparmaq istifadəçilərə bir çox üstünlüklər verir. Artıq müəssisədə mühasibat uçotu proqramını almağa, kompüterlərə quraşdırmağa, daim yeniləməyə, məlumatların qorunmasını təmin etməyə ehtiyac olmur. Eyni zamanda, istifadəçi proqramı öz istəyinə uyğun dəyişdirə və ya istədiyi konfiqurasiyanı istifadə edə bilər. Beləliklə, bütün mühasibat məlumatları data mərkəzlərinin serverlərində saxlanılır. Məlumatların qorunmasını təmin etmək üçün müəssisə bir neçə data mərkəzindən istifadə edə bilər. Belə olduqda əlavə serverlər alınmasına və onlara texniki dəstək göstərilməsinə ehtiyac olmur. İstifadəçi yalnız məlumatların saxlanılması və işlədilməsi üçün serverdən istifadə haqqı ödəyir.

"Bulud texnologiyası"ndan istifadənin üstünlüklərini bir neçə qrupa bölmək olar:

  • Sahibkarlar üçün maraqlı olan qənaət proqram təminatına çəkilən məsrəflərə, server avadanlıqlarının alınmasına, onların işlək qalmasına və təmirinə "0" kapital qoyuluşudur. Xüsusi server otaqlarının saxlanılmasına, icarəsinə, təhlükəsizliyinə, IT mütəxəssislərinə çəkilən məsrəflərə, elektrik enerjisinə və s. ehtiyac qalmır.
  • Səmərəli istifadə zamanı proqramın quraşdırılmasına, sazlanmasına, idarə edilməsinə və yenilənməsinə ehtiyac olmur. Proqrama istənilən yerdən və istənilən cihaz ilə qoşulmaq, eləcə də qanunvericilikdə edilən dəyişikliklərin proqramda operativ əks olunmaq imkanları var.
  • Data mərkəzlərində serverlərə peşəkar mütəxəssislər tərəfindən xidmət göstərilir. Onları müəssisələrin axtarıb işə cəlb etməsinə ehtiyac olmur.

"Bulud texnologiyası"nın çatışmazlıqları

"Bulud texnologiyası"nın bir sıra çatışmazlıqları da var: sürətli internetin təmin edilməməsi, mühasibat proqramının imkanlarının və funksiyalarının məhdudluğu və müəssisənin fəaliyyətinin xüsusiyyətlərinə uyğun olmaması, məlumatların saxlanılmasının və ötürülməsinin təhlükəsizliyi (WiFi, sadə login və şifrələr və s.). "Bulud texnologiyası"nın fəaliyyətinin hüquqi bazasının olmaması da bu siyahıya aid edilir.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/economy/2603.html

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir.

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!