Ezamiyyə xərclərinin gəlirdən çıxılması qaydası

2019-07-21 | Vergilər | 175

İşin tələbinə uyğun olaraq müəssisələr vaxtaşırı öz əməkdaşlarını xarici ölkələrə ezamiyyəyə göndərməli olurlar. Bu zaman onlar üçün ezamiyyə xərcləri ayrılır. Təcrübədə ezamiyyə xərclərinin yuxarı həddi, ezamiyyə ilə əlaqədar ödənilən məbləğlərin işçinin gəlirlərinə aid edilməsi, habelə ezamiyyə zamanı çəkilən xərclərin gəlirdən çıxılan xərclərə aid olub-olmaması kimi hallarla rastlaşılır, müəyyən suallar ortaya çıxır.

Bu məsələlərə aydınlıq gətirən Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin şöbə rəhbəri Gülnar İsayeva bildirib ki, ezamiyyə xərcləri gəlirdən norma daxilində çıxılan xərclər kateqoriyasına aid edilir və onların norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə müəyyən edilir. Həmin Qərarda da hər bir xarici ölkə üzrə günlük ezamiyyə norması və ezamiyyə normasına aid olan xərclər öz əksini tapıb:

"Belə ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Göründüyü kimi, xarici ölkəyə gediş-gəlişlə əlaqədar uçuş xərcləri isə ezamiyyə xərclərinin 1 günlük normasına daxil olan xərc deyil. Eyni zamanda xarici ölkələrə ezamiyyə zamanı norma daxilində çəkilmiş xərclərin sənədlərlə təsdiq edilməsi nəzərdə tutulmur".

G.İsayeva əlavə edib ki, Vergi Məcəlləsində də ezamiyyə xərclərini aşkar tənzimləyən müddəalar yer alıb: "İlk növbədə, qeyd olunmalıdır ki, faktiki ezamiyyə xərclərinin əvəzinin ödənilməsi gəlirə daxil deyil və işçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsində ezamiyyə xərclərinin norma daxilində çəkilən hissəsinin gəlirdən çıxılmasına hər hansı bir məhdudiyyət yoxdur. Yalnız faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır".

Qeyd edilənləri ümumiləşdirən G.İsayeva xarici ölkələrə ezamiyyələr zamanı norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin xarici ölkəyə gediş-gəlişinə görə alınan təyyarə biletinə çəkilmiş xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edildiyini bildirib. Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır.

Mənbə: https://vergiler.az/news/taxes/3111.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!