Torpaq sahələrinin təqdim edilməsindən sadələşdirilmiş verginin tutulması

2019-07-26 | Vergilər | 2351

Vergi Məcəlləsinin 218.4.5-cü maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini (Vergi Məcəlləsinin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyirlər. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi mülkiyyətində olan torpaq sahələrini təqdim edən şəxslərdən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması qaydasını müəyyənləşdirməkdir. Belə ki, yaşayış fondlarının, sənaye və kənd təsərrüfatı təyinatlı torpaqların təqdim edilməsi üzrə sadələşdirilmiş vergi alğı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən hesablanaraq tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir.

Qanuna əsasən, torpaq sahələrini təqdim edən şəxslərdən alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar ödəmə mənbəyində torpaq sahələrinin sadələşdirilmiş vergisini yaşayış fondları, sənaye və kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə aşağıdakı qaydaya uyğun olaraq ayrılıqda hesablayır:

  • Yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə hesablama: torpağın ümumi sahəsi x 0,5 manat (baza məbləği) x zona əmsalı;
  • Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələri üzrə hesablama: torpağın ümumi sahəsi x 0,5 manat (baza məbləği) x zona əmsalı x yüksəldici əmsal;
  • Kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə hesablama: kənd təsərrüfatı təyinatlı torpaqlara Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində sadələşdirilmiş vergi hesablanır: torpağın ümumi sahəsi x şərti bal x 0,06 (bir şərti balın məbləği) x 2 (sadələşdirilmiş vergi əmsalı).
Misal 1:

Tutaq ki, Naxçıvan şəhərində fiziki şəxsin mülkiyyətində sahəsi 500 m2 olan və yaşayış fondu üçün nəzərdə tutulan torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğini hesablayaq.

Bunun üçün əvvəlcə torpağın ümumi sahəsini (500 m2) baza məbləğinə (0,5 manat) vururuq və alınan məbləği Naxçıvan şəhəri üzrə zona əmsalına (1,2) vuraraq ödəmə mənbəyində tutulmalı 300 manat (500 m2 (torpağın ümumi sahəsi ) x 0,5 manat (baza məbləği) x 1,2 (zona əmsalı) = 300 manat (sadələşdirilmiş vergi)) sadələşdirilmiş vergi məbləğini tapırıq.

Misal 2:

Tutaq ki, Kəngərli rayonunda hüquqi şəxsin mülkiyyətində sahəsi 1200 m2 olan sənaye təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğini hesablayaq.

Bunun üçün əvvəlcə torpağın ümumi sahəsini (1200 m2) baza məbləğinə (0,5 manat), alınan məbləği isə Kəngərli rayonu üzrə zona əmsalına (1,2) vururuq və bu dəfə alınan məbləği həmin rayon üzrə yüksəldici əmsala (1,1) vuraraq ödəmə mənbəyində tutulmalı 330 manat (1.200 m2 (torpağın ümumi sahəsi ) x 0,5 manat (baza məbləği) x 0,5 (zona əmsalı) x 1,1 (yüksəldici əmsal) = 330 manat (sadələşdirilmiş vergi)) sadələşdirilmiş vergi məbləğini tapırıq.

Misal 3:

Tutaq ki, Babək rayonunda fiziki şəxsin mülkiyyətində birinci kateqoriyaya aid olan 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğini hesablayaq.

Bunun üçün əvvəlcə torpağın ümumi sahəsini (2 ha) Babək rayonunun birinci kateqoriyaya üzrə şərti balına (53), alınan məbləği də bir şərti balın məbləğinə (0,06) vururuq. Alınan məbləği sadələşdirilmiş vergi əmsalına ( 2 ) vuraraq ödəmə mənbəyində tutulmalı 12.72 manat (2 ha (torpağın ümumi sahəsi ) x 53 (şərti bal) x 0,06 (bir şərti balın məbləği) x 2 (sadələşdirilmiş vergi əmsalı) = 12.72 manat (sadələşdirilmiş vergi)) sadələşdirilmiş vergi məbləğini tapırıq.

Onu da qeyd edək ki, bu maddəyə əsasən torpaq sahələrinin təqdim edilməsi zamanı aşağıdakı hallarda müqavilələri təsdiq edən natariuslar sadələşdirilmiş vergi tuta bilməzlər.

  1. Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən torpaq sahələri vergi ödəyicisinin ailə üzvləri tərəfindən hədiyyə, maddi yardım və miras kimi verildikdə;
  2. Vergi Məcəlləsinin 102.1.18-ci maddəsinə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərə torpaq sahələrinin dəyəri kompensasiya kimi ödənildikdə;
  3. Vergi Məcəlləsinin 106.1.16. -cı maddəsinə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə torpaq sahələrinin dəyəri kompensasiya kimi ödənildikdə;
  4. Vergi Məcəlləsinin 144.1.1-ci maddəsinə torpaq sahələri ər və arvad arasında verildikdə;
  5. Vergi Məcəlləsinin 144.1.2-ci maddəsinə əsasən torpaq sahələri keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;
Misal 4:

Tutaq ki, Bakı şəhərində hüquqi şəxsin mülkiyyətində 500m2 torpaq sahəsi var. Hüquqi şəxsin həmin torpağı dövlət ehtiyacları üçün alınıb və dəyəri kompensasiya kimi ödənilmişdir. Bu halda alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmayacaqdır. Çünki Vergi Məcəlləsinin 106.1.16-ci maddəsinə əsasən hüquqi şəxslərə torpaq sahələrinin dəyəri kompensasiya kimi ödənildiyi halda onun tam dəyəri vergidən azaddır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/articles/3246.html

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!