Turpaketlərdən əldə edilən gəlirdən verginin tutulması

2019-08-06 | Vergilər | 3629

Mövsümlə əlaqədar olaraq, turizm şirkətlərinin fəaliyyətində xeyli canlanma yaranıb. Onlar xarici ölkə vətəndaşlarına turpaketlər təklif edir, eyni zamanda qonşu ölkələrə turist səfərləri təşkil edirlər. Bəs bu zaman həmin şirkətlərin vergi öhdəlikləri necə hesablanır?

Bununla bağlı redaksiyamıza daxil olan müraciətdə konkret məqamlar da qeyd edilib. Məsələn, turizm şirkəti Hindistanda yaşayan Hindistan vətandaşına 5 gün Azərbaycanda, daha sonra 4 gün Gürcüstanda, daha sonra isə 5 gün Türkiyədə olmaqla turpaket satır. Həmin şəxs turpaketin ümumi dəyəri olan 4.000 manat məbləği Hindistandan birbaşa "A" MMC-nin Azərbaycandakı hesabına ödəyir. MMC isə ödənilən məbləğdən turun digər hissələri olan Gürcüstan və Türkiyə otellərində gecələmək üçün həmin ölkələrdə ümumilikdə 2.800 manat məbləğində ödəniş edir. Bu zaman "A" MMC turun digər ölkələrdə ödənilən 2.800 manat məbləğdən nə qədər vergi (ƏDV, yoxsa gəlir vergisi) ödəməlidir?

Suala Vergilər Nazirliyinin rəsmiləri aydınlıq gətiriblər. Bildirilib ki, sorğuda qeyd olunan turizm fəaliyyətindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. "Mənfəət vergisinin bəyannaməsi" sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Bildirilir ki, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir. Vergi tutulan əməliyyatın dəyəri isə vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Bu baxımdan da istər rezident şəxslərdən, istərsə də qeyri-rezident şəxslərdən göstərilən xidmətlərin müqabilində əldə olunacaq tam məbləğ ƏDV-yə cəlb edilməlidir. Yuxarıda qeyd olunan halda, qeyri-rezident turizm şirkətlərinə ödənilən xidmət haqlarından Azərbaycan mənbəyindən əldə olunmuş gəlir kimi ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır. Xidmətlər digər dövlətin ərazisində həyata keçirildiyi üçün həmin xidmətlər Azərbaycan Respublikasında ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Məcəllənin 104.2-ci bəndinə görə, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir.

Qeyd: Yuxarıda qeyd olunan sorğu ilə bağlı Vergi Məcəlləsinin 125-ci, 159-cu, 169-cu maddələri də tətbiq edilir.

Mənbə: https://vergiler.az/news/taxes/3477.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!