Operativ vergi nəzarəti
2020-01-16 | Vergilər | 2686Operativ vergi nəzarəti (OVN) vergi nəzarəti formaları içərisində ən çevik və demək olar ki, effektiv nəzarət formasıdır. Bu nəzarətin həyata keçirilməsi qaydalarını, nəzarətlə əhatə olunan məsələləri Vergi Məcəlləsinin (VM) 50-ci maddəsi müəyyən edir. Mövzunu Vergilər Nazirliyinin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov şərh edir.
OVN haqqında danışarkən ilk növbədə onun subyekti, obyekti və predmetini fərqləndirmək lazımdır. Bu nəzarət formasının subyekti dedikdə bilavasitə OVN-in həyata keçirilməsi həvalə olunmuş vergi orqanının vəzifəli şəxsləri, OVN-in obyekti dedikdə isə nəzarət tədbirinə cəlb olunan vergi ödəyiciləri –sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər nəzərdə tutulur. OVN-in VM-in 50.1-ci maddəsi ilə müəyyən olunan, nəzarət tədbirinin əhatə etdiyi məsələləri özündə ehtiva edir.
OVN vergi orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilir. Bu əsaslar aşağıdakılardır:
- vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;
- vergi orqanları tərəfindən əldə edilmiş mənbəyi bəlli məlumatlar;
- vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərinin VM ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi;
- vergi orqanlarının OVN-in predmetinə daxil olan məsələlər barədə qanunvericiliyin vergi ödəyiciləri tərəfindən pozulması barədə kifayət qədər əsasının olması;
- vergi ödəyicisinin riskli vergi ödəyicisi olması.
OVN yalnız bu barədə çıxarılmış qərarda göstərilən istiqamət və ya istiqamətlər üzrə həyata keçirilir. Vergi nəzarəti tədbirləri zamanı həmin qərarda göstərilməyən, VM-nin 50.1-ci maddəsinin digər bəndləri üzrə pozuntu aşkar edildikdə, bu barədə pozuntunu aşkar edən vergi orqanının vəzifəli şəxsi tərəfindən xidməti məlumat hazırlanaraq aidiyyəti üzrə təqdim edilir.
OVN-i həyata keçirən vergi orqanının vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicilərinin ərazilərinə və ya binalarına daxil ola, onların ərazilərinə, binalarına habelə sənədlərinə və əşyalarına baxış keçirə, lazımi sənədləri tələb edə, sənədləri və nümunə kimi əşyaları götürə, ekspert, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edə bilərlər.
Vergi ödəyicisi vergi orqanının vəzifəli şəxslərinin nəzarət tədbirlərini həyata keçirmək üçün ona məxsus obyektə daxil olmasına icazə vermədikdə və ya həmin tədbirlərin həyata keçirilməsinə şərait yaratmadıqda vergi nəzarəti tədbirlərini həyata keçirməli olan vergi orqanının vəzifəli şəxsləri və vergi odəyicisi tərəfindən imzalanan sərbəst formada akt tərtib edilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə, eləcə də aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Bu halda vergi ödəyicisi barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilir.
OVN-in nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Bu akt vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalalanır. Həmin aktda vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir.
Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər, bu barədə həmin aktda vergi orqanının vəzifəli şəxsi tərəfindən müvafiq qeyd aparılır. Tərtib olunmuş aktın və digər sənədlərin bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə və imza etdirilməklə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi bu sənədlərin surətlərini qəbul etməkdən imtina etdikdə isə müvafiq sənədlər aktın tərtib edildiyi tarixdən sonra 5 iş günündən gec olmayaraq elektron qaydada və sifarişli poçtla ona göndərilir.
Hazırladı: Fəxriyyə İkramqızı