Məcburi dövlət sosial sığortası: hesablamalar və ödəmələr

2020-02-05 | Vergilər | 1022

2020-ci il yanvarın 1-dən məcburi dövlət sosial sığortası (MDSS) ilə bağlı qanunvericilikdə müəyyən yeniliklər qüvvəyə minib. Vergi ödəyicilərini bu yeniliklərə dair sosial sığorta ödəmələri və hesabatlılıq məsələləri maraqlandırır. 2020-ci ildə hansı MDSS hesabatları verilməlidir? Kimlər MDSS hesabatlarını təqdim etməlidirlər? Hesablamalar və ödəmələr necə aparılmalıdır? 2020-ci ildə bu məsələlər necə tənzimlənəcək? Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

MDSS üzrə illik hesabatlar olmasa da, rüblük hesabatlar mövcuddur. Hesabatlar rüb qurtardıqdan sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilməlidir. Son ödəmə tarixləri cari ay üçün növbəti ayın 15-dən gec olmayaraq müəyyənləşdirilib. Fəaliyyəti aktiv olan və rüb ərzində fəaliyyəti dayandırılmış hüquqi şəxslər cari rüb üzrə müvafiq hesabatlarını təqdim etməlidirlər.

Fəaliyyəti aktiv olan və rüb ərzində fəaliyyəti dayandırılmış vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər cari rüb üzrə müvafiq hesabatlarını təqdim etməlidirlər. Mülki hüquqi müqavilələr üzrə işlərə cəlb edilmiş işçilər üçün (fərdi sahibkarlar istisna olmaqla) hüquqi şəxslər və vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər müvafiq hesabatları verməlidirlər.

Müəlliflik qonorarı üzrə ödəmələr etmiş hüquqi şəxslər və vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər müvafiq hesabatları verməlidirlər. Hesabatı doldurarkən hüquqi və fiziki şəxslərin mühasibləri əsasən nəyə diqqət yetirməlidir?

  • Neft-qaz, dövlət sektoruna aid olub-olmamanı hesabatda dəqiq qeyd etməlidirlər. Buna görə hesabatlar da fərqlənir.
  • 200 manatdan aşağı olan və 200 manatdan yuxarı olan işçi sayını, həmçinin ümumi əməkhaqqı məbləğlərini dəqiq yazmaq lazımdır ki, sonda sığortaolunanlar arasında bölüşdürmə aparılanda uyğunsuzluqlar əmələ gəlməsin.
  • Sığortaolunanlar haqqında məlumatlar tam düzgün əlavə olunmalıdır ki, gələcəkdə işçilərin pensiya təminatı məsələlərində çatışmazlıqlar yaranmasın.
  • MDSS-yə cəlb olunan və olunmayan gəlirləri düzgün yazılmalıdır ki, vergi orqanlarında muzdlu işlə bağlı vergi hesabatlarında olan rəqəmlərə uyğun olsun.
  • Fizki şəxs sahibkarlar həm özü, həm də işçiləri üçün hesabat təqdim etməlidirlər. Bir çox hallarda sahibkarlar özlərinin hesabatlarını təqdim etmirlər.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ticarət və xidmət sahələri üzrə ayrı-ayrılıqda məşğul olarsa, ticarət fəaliyyəti üzrə hesabat təqdim etməlidir. Belə ki, müəyyən dövr ərzində bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyünü ödəyirlər.

2020-ci il yanvarın 1-dən tətbiq olunan yeniliklər

Sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında MDSS haqqı ödəyəcəklər.

Hüquqi şəxslərdə MDSS tutulmalarında heç bir dəyişikliklər olmayacaqdır. Misal:

Tutaq ki, fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarın Qəbələ rayonunun Əmirvan kəndində mağazası vardır və o, həm də işçi briqadası ilə təmir işləri görür. Sual meydana çıxır ki, bu sahibkar özü üçün 2019-cu ildə və 2020-ci ildə hansı hesabatları verməlidir və hansı məbləğlərdə ödəmələr aparmalıdır? 4-cü rüb 2019-cu ildə 0704 (ticarət sahəsində məşğul olan sahibkarlar – kənd yerlərində) fəaliyyət növünün kodu üzrə hesabat təqdim etməlidir. Bu hesabatı o, 2020-ci ildə də təqdim edəcəkdir.

Hesablamalar belə olacaqdır:

  • 2019-cu ilin 4-cü rübü üçün ticarət fəaliyyətindən 250 * 50% * 50% = 62,50 manat
  • 2020-ci il üçün isə ticarət fəaliyyətindən 250 * 50% = 125 manat olacaqdır.

Göründüyü kimi, 2020-ci ildən ölkənin bütün regionları üçün vahid dərəcələr tədbiq olunur.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/6994.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!