Eyni vaxtda iki qayda pozuntusuna görə maliyyə sanksiyasının hesablanması

2020-02-15 | Vergilər | 2092

2020-ci ildən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbul olunmasından imtina olunmasına görə vergi ödəyicisinə müvafiq maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur. Bununla bağlı 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 58.7-ci maddəsində dəyişiklik edilib.

Vergilər Nazirliyindən bildirilib ki, Məcəllənin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Həmin maliyyə sanksiyasının məbləği belə müəyyən edilib:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat;
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat;
  • təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat.

Vergi orqanı tərəfindən keçirilən operativ nəzarət tədbiri zamanı marketdə həm POS-terminalın quraşdırılmaması, həm də nağd alınmış mala görə nəzarət-kassa aparatının çekinin verilmədiyi aşkar olunub. Belə olan halda, vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulmuş hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir.

Misal:

Fərdi sahibkara məxsus marketdən alış-veriş edən vətəndaş aldığı malların dəyərini POS-terminal vasitəsilə ödəmək istəyir. Lakin fərdi sahibkar POS-terminalla vəsaitin qəbulundan imtina edir və əvəzində malların dəyərinin nağd qaydada ödənilməsini tələb edir. Vətəndaş həmin malların dəyərini nağd qaydada ödədiyi halda, fərdi sahibkar həmin məbləği nəzarət-kassa aparatına mədaxil etmir və alıcıya kassa çeki vermir. Məlum olur ki, fərdi sahibkar əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozulması halına təqvim ili ərzində ikinci dəfə yol verib. Bu halda fərdi sahibkara POS-terminalla vəsaitin qəbulundan imtina edilməsinə görə 3.000 manat və alıcıya nəzarət-kassa aparatının çekinin verilməməsinə görə 3.000 manat olmaqla, 6.000 manat deyil, hər iki pozuntu halına cəmi 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlər aşağıdakılardır:

  • dövriyyəsindən və ərazisindən asılı olmayaraq ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən); dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
  • rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);
  • hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;
  • vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7152.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!