Cari ödəmələr

2020-02-15 | Vergilər | 5462

Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Mövzunu maliyyə eksperti Vüqar Mirheydərov şərh edir.

Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Gəlir vergisi illik və rüblük ödənilir. Rüb başa çatdıqdan sonra, növbəti rübün ilk ayının 15-dək vergi ödəyiciləri cari vergi ödəmələri haqqında arayış vergi orqanlarına təqdim edirlər. Bu arayışların verilməsi qaydaları Vergi Məcəlləsinin 151-ci maddəsi ilə tənzimlənir. İl başa çatdıqdan sonra 3 ay ərzində vergi ödəyicisi mənfəət və zərər hesabatını təqdim etməlidir. Mənfəət və zərər haqqında illik hesabat isə vergi ödəyicisinin son bir ildəki fəaliyyətini tam təsvir edir və təsnif edir.

Vergi Məcəlləsinin 151.5-ci maddəsinə görə, əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri xüsusi qaydada tənzimlənir. Məcəllənin 151.5.2-ci maddəsinə əsasən, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.

Bu ildən 2019-cu ildə fəaliyyətə başlayan vergi ödəyicilərinin gəlir vergisi ödəmələrini tam həyata keçirməli olacaqlar. Artıq həmin vergi ödəyiciləri hesabatlarını Vergi Məcəlləsinin 151.1 və ya 151.2-ci maddələrinə əsasən təqdim edəcəklər. Bu maddələrdən birincisi hər rübdə keçən ilin gəlir vergisinin 1/4 hissəsini ödəməyi əhatə edir. İkincisi isə keçən ilin gəlirindəki rüblük gəlirin payına uyğun keçən ilki gəlir vergisinin bir hissəsinin ödənilməsini tələb edir. Misal:

Tutaq ki, "BB" MMC şirkəti 2019-cu ildə 10.000 manat gəlir, 6000 manat xərc elan edib və 180 manat gəlir vergisi ödəyib. 2020-ci ildə şirkət cari vergi ödənişlərinin aşağıdakı modellərindən birini seçə bilər:

151.1
15 aprel - 180/4 = 45 manat (180 burada keçən ilki gəlir vergisi)
15 iyul - 45 manat
15 oktyabr - 45 manat
15 yanvar 2021 - 45 manat.
151.2

Tutaq ki, 2020-ci ilin birinci rübü üçün şirkətin gəlirləri 3000 manat təşkil edib. Bu vəziyyətdə mövcud vergi ödənişi aşağıdakı kimi hesablanır:

3000 * (180/10000) = 54 manat.
İkinci rüb üçün şirkət 1000 manat gəlir əldə edərsə:
1000 * (180/10000) = 18 manat
Üçüncü rüb üçün şirkətin gəlirləri 5000 manat gəlir əldə edərsə:
4000 * (180/10000) = 72 manat
Dördüncü rüb üçün gəlirlər 500 manat təşkil edərsə:
500 * (180/10000) = 9 manat.

Nəticədə "BB" MMC 2020-ci il üçün cari vergi ödəmələrini 54 + 18 + 72 + 9 = 153 manat ödəyəcək. Bu da ilk seçimdən 27 manat azdır. İlin sonundan sonra şirkət illik mənfəət və gəlir vergisini hesablayacaq və gəlir vergisi qalığını gələn ilin 31 martına qədər ödəyəcəkdir.

Cari vergi ödənişləri modelinin seçimi şirkətin ciddi bir maliyyə qərarıdır. Bu, heç bir şəkildə 151.1 modelinin yerinə yetirilməsinin daha asan olduğuna və mühasibdən daha az vaxt almasına əsaslana bilməz. Bu qərar cari il üçün gəlir proqnozları əsasında şirkət rəhbəri ilə birlikdə qəbul edilməlidir: əgər gəlirlər ötən illə müqayisədə daha yüksək proqnozlaşdırılırsa, onda 151.1 modeli seçilməlidir, əks halda isə 151.2.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7218.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!