Müəssisələrdə əlilliyi olan şəxslər üçün kvotalar

2020-03-26 | Kadr işi | 3650

Əlilliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində müxtəlif normativ hüquqi aktlar qəbul edilib, dövlət tərəfindən proqramlar həyata keçirilib. Sərbəst auditor Altay Cəfərov bu şəxslərin işlə təmin olunmasına dair öhdəliklərə aydınlıq gətirir.

"Əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının 25 avqust 1992-ci il tarixli 284 nömrəli Qanununda əlilliyi olan şəxslərin sosial müdafiəsi haqqında müxtəlif tələblər, öhdəliklər, vəzifələr qoyulub. Onların işlə təmin olunması məsələləri isə Nazirlər Kabinetinin 22 noyabr 2005-ci il tarixli "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı"nın təsdiq edilməsi haqqında qərarları ilə tənzimlənir. Həmin qaydalar sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydasını müəyyən edir.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri işə düzəltmək üçün kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir. Deməli, istənilən kommersiya qurumuna əlillərin işləməsi üçün kvota təyin edilib. Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlilliyi olan şəxslərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.

Qanunvericiliyə əsasən, kvota əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi təyin edilir:

  • işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulur;
  • işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla);
  • işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla).
Misal 1:

Tutaq ki, "AA" MMC-nin 24 nəfər işçisi var. Kvota 25 nəfərdən az işçisi olan müəssisələrə tətbiq edilmədiyinə görə, bu halda MMC-yə kvota tətbiq olunmayacaq.

Misal 2:

Tutaq ki, "AA" MMC-nin 25 nəfər işçisi var. Bu halda, həmin şirkətə kvota tədbiq edilir. Yəni həmin müəssisədə 26-cı işçi əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxs ola bilər.

Kvota müəyyən edilərkən işçilərin orta illik siyahı sayı nəzərə alınır. Yəni işəgötürən hər dəfə əvvəlki 12 ay üzrə işçilərin siyahı sayını cəmləməlidir və 12-yə bölməlidir. Kvotalar nəticəyə uyğun müəyyənləşdirilməlidir.

Misal 3:

Tutaq ki, "AA" MMC-nin 40 nəfər orta siyahı üzrə işçisi vardır. Burada 40 * 3% = 1,2 nəfər. Göründüyü kimi, tam 2 nəfər olmadığına görə bu işçi sayı 25-40 nəfər arasında olduqda kvota ilə 1 nəfər kifayətlənməlidir. 50 nəfər işçi üzrə də hesablamalar aparsaq, yenə də tam 2 nəfər olmur:

50 * 3% = 1,5 nəfər

Ona görə də 50 nəfər işçisi olan şirkətdə də 1 nəfərlə kifayətlənilir.

Misal 4:

Tutaq ki, "AA" MMC-nin 51 nəfər işçisi var. Hesablama belə aparılacaq:

51 * 4% = 2 nəfər.

Qaydalara görə, artıq işçi sayı illik 50-100 nəfər arasında olan müəssisələrdə 4 faiz kvota kimi götürülməlidir. Odur ki, son hədd kimi 100 nəfər olanda kvota üzrə işə 4 nəfər qəbul edilməlidir.

Misal 5:

İşçi sayı 100 nəfərdən çox olan halda işə 5 faiz kvota üzrə müəyyənləşdirilir. Tutaq ki, "AA" MMC-nin 190 nəfər illik orta siyahı üzrə işçiləri vardır. Hesablamalar belədir:

190* 5% = 9 nəfər

Deməli, kvota üzrə 9 nəfər əlilliyi olan şəxs işə qəbul edilməlidir.

Qanunvericilikdə yer alan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyaları da nəzərə alınmalıdır. Siyahıya aşağıdakılar aid edilir:

  • 20 yaşadək gənclər;
  • yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;
  • sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər;
  • pensiya yaşına 2 ildən az qalmış şəxslər;
  • əlilliyi olan şəxslər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər;
  • cəzaçəkmə müəssisələrindən azad edilmiş vətəndaşlar;
  • məcburi köçkünlər;
  • müharibə veteranları;
  • şəhid ailələri.

Kvota şamil edilməyən qurumlara bunlar aiddir:

  • dövlət orqanları;
  • mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
  • elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
  • işçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr;
  • hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları.

Kvotaya əməl etməyən müəssisələr qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilir. Müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin və ya "DOST" mərkəzlərinin göndərişi ilə həyata keçirilir. Şəhər, rayon məşğulluq mərkəzləri və ya "DOST" mərkəzləri tərəfindən göndərilən əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri işə onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıq hesabatı təqdim etməyən işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.

Məcəllənin 194-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə tətbiq edilir. Bu inzibati cərimələr işəgötürən vəzifəli şəxsin (rəhbərin) əməkhaqqından və ya digər gəlirlərindən tutulur.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7780.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!