Əməkhaqqının ödənilməsində tətbiq olunan sistemlər

2020-06-18 | Kadr işi | 2728

Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əməkhaqqının ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər

Misal 1.

İşəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə əsasən, işçinin əməkhaqqı 600 manat təşkil edir və əməkhaqqı işçinin aylıq iş vaxtı normasına görə müəyyənləşdirilib. 2019-cu ilin oktyabr ayında 23 iş günü olduğuna görə işçinin aylıq iş norması 184 saat (23 x 8 saat) müəyyən edilib. Bu cür yanaşma ilə işçinin həmin aya bir saatlıq əməkhaqqı 3,26 manat (600:184 saat) təşkil edir. Əməyin bu şəkildə ödənilməsi vaxtamuzd hesab edilir.

Misal 2.

İşəgötürənin işçi ilə bağlanılmış əmək müqaviləsinə bir saat üzrə 20 manat əməkhaqqı nəzərdə tutulub. 2019-cu ilin oktyabr ayının iş vaxtı uçotu hesabatına əsasən, işçi ay ərzində 40 saat işləyib. Bu zaman işçinin oktyabr ayı üzrə əməkhaqqı 800 (20 x 40 saat) manat təşkil edəcək. Bu cür əməkhaqqı sistemi də vaxtamuzd hesab olunur.

Misal 3.

İşəgötürənlə bağlanılmış əmək müqaviləsinə görə işçinin hər doldurduğu kibrit qutusuna görə 0,01 manat ödəniş nəzərdə tutulub. Ay sonundakı hesabata əsasən işçi 50.000 ədəd kibrit qutusunu doldurduğu üçün, ona 500 (50000x0,01 manat) manat əməkhaqqı hesablanır. Bu cür ödəniş sistemi işəmuzd hesab olunur.

Misal 4.

İşəgötürənlə işçi arasında bağlanılmış əmək müqaviləsinə əsasən, vergi sahəsindən yazılacaq kitaba görə icra planı müəyyənləşdirilir. Əmək müqaviləsinə əsasən, işçi işi 3 ay ərzində yekunlaşdıracaq və hər ay işçiyə 1.000 manat olmaqla 3.000 manat əməkhaqqı ödəniləcək. Əmək müqaviləsində işin konkret görülmə vaxtı müəyyən edilir. Sadəcə, işin başlanma və bitmə vaxtı öncədən əmək müqaviləsində öz əksini tapır. Əməyin bu şəkildə ödənişi forması isə akkord və ya sərbəst formada əməyin ödənilmə sistemi adlanır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/social/9035.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!