İşçilərin gediş-gəliş xarakterli xərclərinin ödənilməsi

2021-05-01 | Kadr işi | 3299

Müəssisə və təşkilatlarda işçilərin gediş-gəliş xarakterli xərclərinin ödənilməsi ilə bağlı müxtəlif suallar meydana gəlir. Məsələyə sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Ezamiyyə və gediş-gəliş dedikdə nə başa düşüldüyünü aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il 14 nömrəli qərarına və 18 yanvar 2012-ci il tarixli “İşçilərin Ezamiyyə Qaydaları” qaydalara baxmaq lazımdır.

Qeyd etdiyimiz normativ aktlara əsasən:

Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.

Daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.

Ezamiyyə ilə gediş-gəliş xarakterli işlərin yerinə yetirilməsinin fərqini sadə formada belə ümumiləşdirə bilərik:

Ezamiyyə işçinin daimi iş yerindən müəyyən müddətə başqa yerə göndərilməsidir və işçinin konkret əmək funksiyalarına və birbaşa iş rejiminə aid deyildir. Ezamiyyədə işçi xüsusi tapşırıqla iş yerindən başqa yerə göndərilir. Gediş-gəliş xarakterli tapşırıq da daimi iş yerindən kənara getməkdir amma iki formada çalışan işçilərə aiddir:

- birincisi, işçinin əsas işi yolda keçməli, o, gedib-qayıtmalıdır;

- ikincisi forma gediş-gəliş xarakterli yox, növbə formasında və çöl şəraitində çalışan işçilərə aiddir.

Misal:

Tutaq ki, “AA” MMC topdansatış ticarət ilə məşğul olan şəxsdir, mallarını həm Bakıda, həm də regionlarda satır və bununla bağlı olaraq ticarət nümayəndələri və sürücülər işə cəlb edilmişdir. Əmək müqaviləsinin şərtlərinə görə onlar ayın çox günlərini regionda malların satışı və çatdırılması ilə məşğuldurlar.

Bundan əlavə, şirkətin daxili təftişçiləri də vardır ki, onların əsas iş yeri Bakıdakı ofisləridir. Amma rəhbərliyin əmri ilə onlar arabir regionlara təftiş üçün göndərilir.

Burada birinci hal - ticarət nümayəndələri və sürücülərin işi konkret gediş-gəliş xarakterli iş rejimidir.

İkinci hal isə konkret ezamiyyə xarakteri daşıyır, yəni burada işçinin əsas əmək funksiyaları müntəzəm gediş-gəliş xarakterli deyildir.

Gediş-gəliş xarakterli işçilərə görə ödəmələrlə bağlı Nazirlər Kabinetinin qərarına istinad edilməlidir. Qərarın 6-cı bəndində yazılıb:

Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15 manat əlavə vəsait verilir.

Daha bir sualı aydınlaşdırmağa ehtiyac var: işçiyə regiona və ya çöl şəratində növbə ilə işləyəndə qalmaq üçün xərclər ödənilirmi, bu məsələlər necə tənzimlənir?

Bu cür işlər işçinin konkret əmək funksiyalarına aiddir və işləri yerinə yetirmək üçün işçiyə əmək şəraiti yaradılmalıdır. Odur ki, iş gediş-gəliş xarakterli olanda, işəgötürən bunu özü təmin etmədiyi halda, ona yol xərci sənədlər əsasında ödənilməlidir. Bundan əlavə, işçiyə gecələmək üçün şəraiti işəgötürən yaratmalıdır: məsələn, ev və ya mehmanxana tutmalıdır. İşəgötürən bunu təmin etmədikdə, bu kimi xərclər təsdiqedici sənədlər əsasında ödənilməlidir.

Nazirlər Kabinetinin qərarında göstərilən 15 manat isə işçi üçün ödənilən gündəlik yemək xərcləridir.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/economy/12846.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!