Xarici ölkələrə ezamiyyə xərclərinin hesablanması
2021-06-01 | Kadr işi | 3282Azərbaycan vətəndaşlarının xarici ölkələrə ezamiyyə xərclərinin hesablanması normativ hüquqi aktlar əsasında tənzimlənir. Mövzunu mühasibat mütəxəssisi Emin Salamov şərh edir.
“İşçilərin ezamiyyə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarının 8-ci bəndinə uyğun olaraq, nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedilən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdılan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedilən gün cari gün, 00:00-dan sonra isə sonrakı gün sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtması günü də eyni qayda ilə təyin edilir. Burada hətta yola düşülən yerin yaşayış məntəqəsindən kənarda olamsı ilə bağlı lazım olan vaxt da nəzərə alınır.
Qərarın III hissəsinin (Xarici ölkələrə ezamiyyələr) 3-cü bəndinə əsasən, işçi xarici ölkə ərazisi ilə getdiyi zaman ondan asılı olmayan səbəblərə görə tam 1 gün və artıq müddətə yolda ləngiyirsə, həmin müddət üçün ona ezamiyyə xərclərinin 1 günlük norması, ərazisində ləngidiyi ölkə üçün müəyyən edilmiş normalar üzrə ödənilir. Ancaq bu hal üzürsüz səbəbdən olarsa, yolda yubandığı vaxt üçün işçiyə heç bir xərc ödənilmir.
Misal: Tutaq ki, dövlət qulluqçusu 24 may 2021-ci il tarixindən 3 gün müddətinə Rusiya Federasiyasının Moskva şəhərinə ezam olunub. Əmrdə onun ezamiyyə xərclərinin 3 gün ödənilməsi qeyd olunub, aviareyslər isə aşağıdakı kimidir:
24.05.2021-ci il – təyyarə Bakıdan saat 03-00 da çıxır, Moskvaya 04-00 da çatır;
26.05.2021-ci il – təyyarə Moskvadan 19-00 da çıxır, Bakıya 20-00-da çatır.
Həmin şəxsin ezamiyyə xəcləri necə hesablanacaq?
Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəsində qeyd edilmiş və bu əlavəyə uyğun olaraq Rusiya Federasiyasının Moskva şəhəri üçün 1 günlük norma 240 ABŞ dolları müəyyənləşmişdir. Həmçinin, yuxarıda qeyd edilən Qərarın 4-cü bəndinə uyğun olaraq ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.
Misaldakı halda ayın 24-dən 25-ə kecən gecə 1-ci gün, ayın 25-dən 26-na kecən gecə 2-ci gün, ayın 26-dan 27-nə kecən gecə 3-cü gün sayılır. Burada ayın 26-ı mehmanxana tutulduğu üçün 3-cü gecə verilməlidir, çünki ümumi mehmanxana qaydalarına əsasən, giriş həmin gün üçün saat 14-00-da, çıxış isə saat 12-00-da qəbul edilir.
3 x 240$ = 720$
720$ x 1,70 = 1 224 manat.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli ezamiyyə xərclərinin normaları haqqında təsdiq edilmiş Qərarının 7-1-ci və “İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarının ümumi müddəaların 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, digər dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, ezamiyyələrin həyata keçirilməsini dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin etsinlər.
Eyni zamanda Q-01 nömrəli Qərarın (III-hissə, Xarici ölkələrə ezamiyyələr olan hissəsi) 2-ci bəndinə əsasən, işçi ezamiyyətə getdiyi və həmin gün Azərbaycan Respublikasına qayıtdığı halda ona nəzərdə tutulmuş ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsait ödənilir.