Amortizasiya xərclərinin hesablanması

2021-09-15 | Vergilər | 2168

Amortizasiya xərcləri ilə bağlı vergi ödəyicilərində maraq doğuran məqamları iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə görə, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Məcəllənin 114.3-cü maddəsində göstərilib ki, amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

- torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular - 7 faizədək;

- maşınlar və avadanlıq – 20%-dək;

- yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək;

- nəqliyyat vasitələri - 25 faizədək;

- iş heyvanları - 20 faizədək;

- geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər - 25 faizədək;

- qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;

- digər əsas vəsaitlər - 20 faizədək.

Misal: Mikro sahibkarlıq subyekti olan “RR” MMC maşınlar və avadanlıqlar kateqoriyasına aid olan əsas vəsaitini 2018-ci ildə 15 faiz dərəcə ilə, 2019-cu ildə 10 faiz dərəcə ilə, 2020-ci ildə isə 20 faiz dərəcə ilə amortizasiya edərək müvafiq illərin mənfəət vergisi bəyannaməsində gəlirdən xərc kimi çıxıb. 2018-ci ilin və 2019-cu ilin amortizasiya normasındakı fərqi hesablayaraq 2021-ci ildə hesablanmış amortizasiya normasının üzərinə gəlməklə 2021-ci ilin mənfəət vergisi bəyannaməsində bunu gəlirdən xərc kimi göstərə bilərmi? Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları həmin Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır. Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki dərəcələrə 2 əmsal, kiçik sahibkarlıq subyekti olduqda isə 1,5 əmsal tətbiq etməklə hesablamaq hüququ var. Vergi Məcəlləsinin 85-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını həyata keçirə bilər. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamələr vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

Mənbə: https://vergiler.az/news/taxes/14683.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!