İdarəetmə uçotu nədir?

2015-11-21 | İdarəetmə uçotu | 12881

İdarəetmə uçotunun anlayışı

Idarəetmə uçotu istehsalat-kommersiya fəaliyyətinin planlaşdırılması və nəzarətin aparılması üçün menecerə lazım olan informasiyanın hazırlanması prosesini özündə birləşdirir. Idarəetmə uçotu idarəetmə prosesini uçot prosesilə əlaqələndirir. Idarəetmə uçotu - hər hansı bir obyektin idarə olunması üçün lazım olan məlumatların eyniləşdirilməsi, ölçülməsi, yığılması, sistemləşdirilməsi, təhlili, ayrılması, izahı və ötürülməsi deməkdir. Idarəetmə uçotunun sinonimi daxili uçotdur.

Uçot elmində idarəetmə və istehsalat uçotu anlayışları vardır.

Istehsalat uçotu sistemində hər şeydən əvvəl məsrəflərin sənədləşdirilməsi və qruplaşdırılması, əsas istehsal xərclərinin müəyyən edilməsi, tullantıların və əlavə məhsulların əsas istehsal hesabından silinməsi, hesabat dövrünün axırına qalan bitməmiş istehsal qalığınını ümumi qalıqdan çıxarılması baş verir. Bundan başqa istehsalat uçotu hər bir bölmənin istehsal etdiyi məhsulun, hər bir məmulat növünün, məmulat vahidinin, müəssisənin satılmış məhsullarının faktiki maya dəyərinin hesablanması üzrə əməliyyatları və məhsulun maya dəyəri haqqında hesabatın tərtib olunması üzrə əməliyyatları əhatə edir.

İstehsalat uçotunun məzmunu istehsala çəkilən xərclərin uçotu, nəzarətin təşkili və məhsulun maya dəyərinin kalkulyasiyası ilə məhdudlaşır.

Idarəetmə uçotu istehsalat uçotuna əsaslanaraq müxtəlif idarəetmə qərarları (operativ, taktiki və strateji) qəbul etmək üçün informasiya bazaları hazırlayır. O, operativ və taktiki qərarların qəbul edilməsində müəssisə rəhbərlərini zəruri informasiyalarla tam təmin edir. Strateji qərar qəbul etmək üçün isə uçot məlumatları ilə yanaşı xüsusi tədqiqat nəticəsində əldə edilən məlumatlardan da istifadə etmək zəruridir.

Beləliklə, idarəetmə uçotu müəssisənin idarədaxili idarə olunması sisteminin ayrılmaz hissəsi hesab edilir və istehsalat uçotundan onunla fərqlənir ki, burada əsas diqqət informasiyanın idarəetmə məqsədi üçün istifadə edilməsinə yönəldilir.

İdarəetmə uçotunun məqsədi

Idarəetmə uçotunun məqsədini konkret müəssisədə qəbul edilmiş qərarın təbiətinə tam uyğunlaşdırılmış və idarəetmə vasitəsi kimi istifadə edilən hesabat sisteminin təmin edilməsi təşkil edir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün idarəetmə uçotu sistemi planlaşma, uçot, təhlil, tənzimləmə və s. işlərdə istifadə olunur. Bütün bunlar formalaşdırılan məqsədlərin son nəticəsinin müəyyən edilməsinə yönəldilir.

Əgər maliyyə uçotu müəssisənin istehsalat fəaliyyətinin ümumi nəticəsinin (onun bütün bölmələri və hazırlanan məmulatın çeşidi üzrə) müəyyən olunmasını təmin edirsə, bu ümumi yekunu fəaliyyətin ayrı-ayrı bölmələri üzrə göstəricilərə (işlərin növlərinə, coğrafi zonaya, məmulata) ayırmaq üçün müvafiq məlumatlar tələb olunur ki, bunları da mahiyyət etibarilə idarəetmə uçotu verir.

İdarəetmə uçotunun vəzifələri

Beləliklə, təyinatından və qarşıya qoyulan məqsəddən asılı olaraq idarəetmə uçotu aşağıdakı əsas vəzifələri yerinə yetirir:

  • müəssisənin üzərinə götürdüyü bütün istehsal funksiyalarının yerinə yetirilməsini təmin edən xərcləri müəyyənləşdirir;
  • müəssisə balansının bir sıra tərkib hissələrini (məsələn, anbardakı hazır məmulat ehtiyatını, hazırlıq mərhələsində olan məmulatın miqdarı) hesablamaq üçün əsas yaradır;
  • müvafiq satış qiymətilə müqayisə etmək üçün məmulatların (malların) dəyərini hesablamaqla müəssisənin istehsalat fəaliyyətindən əldə edilən nəticəni təhlil edir;
  • cari xərc və gəlirləri proqnozlaşdırır (məsələn, məmulatın dəyərini və təsərrüfat büdcəsini əvvəlcədən hesablamaq yolu ilə);
  • proqnozlaşdırılan və həqiqi məlumatlar arasındakı kənarlaşmanı təhlil və təsdiq edir (məsələn, büdcə xərclərinə və onların icrasına nəzarət edir).
Bu sadalanan vəzifələri üç istiqamətdə qruplaşdırmaq məqsədəuyğundur:
  1. Birinci istiqamət - məmulat və xidmətin dəyərinin hesablanması, həmçinin rentabelliyin təhlili;
  2. Ikinci istiqamət - müəssisənin məsul bölmələrinin yerinə yetirdiyi funksiyalarla əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə idarəetmə nəzarəti;
  3. Üçüncü istiqamət - qərar qəbul etmək.

Maliyyə və İdarəetmə uçotlarının müqayisəsi

Maliyyə və idarəetmə uçotunun müqayisəsini aşağıdakı amillərlə müəyyən etmək olar:

1. Tənzimlənmə dərəcəsi. Maliyyə uçotunun aparılması hər bir müəssisə və təşkilat üçün vacibdir. Eyni zamanda maliyyə uçotunun aparılması mütləq dövlət tərəfindən tənzimlənilir.
Idarəetmə uçotunun aparılması isə müəssisənin daxili işidir. Heç kimin ixtiyarı yoxdur ki, ayrı-ayrı uçot formalarının tətbiqinə göstəriş versin.

2. Informasiyanın dəqiqliyi. Idarəetmə qərarlarının qəbul edilməsində bəzən təxmini məlumatlardan istifadə edirlər. Maliyyə uçotunda isə yalnız baş vermiş əməliyyatlar nəticəsində dəqiq informasiyalardan istifadə edilir.

3. Informasiyanın əhatəliyi. Maliyyə hesabatında müəssisənin bütün fəaliyyəti əks etdirilir. Idarəetmə uçotu əsasən informasiya xarakteri daşımaqla yanaşı həm də ayrı-ayrı struktur bölmələrinin fəaliyyətini əks etdirir.

4. Uçotun məqsədi. Maliyyə uçotunun əsas məqsədi müəssisənin istifadəçiləri üçün maliyyə sənədlərinin tərtib edilməsindən ibarətdir. Idarəetmə uçotu isə əsasən idarəetmə, nəzarət və planlaşdırma ilə əlaqədar informasiyaları ümumiləşdirmək üçün istifadə edilir.

5. Informasiya istifadəçiləri. Maliyyə uçotu informasiyasından istifadə edənlərə əsasən müəssisəyə aidiyyəti olan fiziki və hüquqi şəxslər, kreditorlar, vergi orqanları, büdcədənkənar fondlar və s. təşkil edir.
Idarəetmə uçotunun məlumatlarından konkret şəxslər- müəyyən fəaliyyət üçün məsuliyyət daşıyan müxtəlif səviyyəli idarəedicilər istifadə edir. Idarəetmə uçotunun məlumatlarına əsasən məhsulun maya dəyərinin hesablanması, onun təhlili, müəssisənin və onun ayrı-ayrı struktur bölmələrinin fəaliyyətinin uzunmüddətli planlaşdırılması işi həyata keçirilir.

6. Uçotun prinsipi. Maliyyə uçotu ümumi qaydada təsdiq olunmuş mühasibat uçotu standartlarına uyğun olaraq aparılır. Bu qayda imkan verir ki, xarici informasiya məlumatları uçot məlumatları ilə müqayisə edilsin. Idarəetmə uçotu isə heç bir hüquqi tələblərə və standartlara uyğun olaraq aparılmır. Burada əsas məqsədi odur ki, mühasibatlıq öz işində bu və ya digər məsələlərin həllində lazım olan metodu özü seçsin və tətbiq etsin.

7. Uçotun quruluşu. Maliyyə uçotunda aşağıdakı bazis bərabərliyi mövcuddur:

Aktiv = Öhdəliklər + Xüsusi kapital

Idarəetmə uçotunda göstərilən qayda yoxdur. Onun quruluşu üç obyektlə müəyyən edilir: gəlir, məsrəf və aktiv. Idarəetmə uçotu istənilən anda bu anlayışlara müraciət edə bilər.

8. Vaxta münasibətinə görə. Maliyyə hesabatında müəyyən hesabat dövrü ərzində baş vermiş əməliyyatlar və faktların nəticələri haqqında informasiya əks etdirilir. Həmin məlumatları idarəetmə uçotu özünün planlaşdırma və proqnozlaşdırma sistemində istifadə edir. Idarəetmə uçotunda gələcəkdə baş verəcək informasiyalar əhatə edilir. Maliyyə uçotunda "bu necə olub", idarəetmə uçotunda isə "necə olmalıdır" göstərilir. Deməli, idarəetmə uçotunda gələcək dövr qiymətlərinə daha çox diqqət edilir.

9. Informasiyanın təqdim olunma forması. Maliyyə uçotunda təsərrüfat əməliyyatları pul formasında göstərilir. Baş kitabda olan bütün hesablar üzrə qalıqlardan maliyyə hesabatları tərtib etmək üçün istifadə edilir. Idarəetmə uçotunda isə informasiya məlumatlarının əksəriyyəti daha çox miqdar ifadəsində əks etdirilir.

10. Informasiyanın verilməsinin tezliyi. Kənar istifadəçilər üçün maliyyə uçotunun yekununa görə hesabat formaları vaxtaşırı olaraq - aylıq, rüblük və illik tərtib edilir. Idarəetmə uçotunda isə hesabatlar həm vaxtaşırı və həm də rəhbərliyin tapşırığı ilə sifarişçilər üçün hazırlanır.

11. Informasiyanın təqdim olunma vaxtı. Maliyyə hesabatlarının təqdim olunma vaxtı reqlamentləşdirilir, idarəetmə uçotu üzrə hesabatlarının təqdim olunma vaxtı isə müəssisə rəhbəri tərəfindən müəyyən edilir.

12. Uçotun aparılması metodu. Maliyyə uçotunun aparılması zamanı metodunun əsas ünsürləri kimi hesablar sistemi və ikitərəfli yazılış, sənədləşmə və inventarizasiyadan istifadə edilir. Idarəetmə uçotunda bu üsullardan istifadə edilir. Lakin həmişə yox.

13. Informasiyanın açıqlanması səviyyəsi. Maliyyə uçotunda informasiya kommersiya sirri xarakterini daşımır, idarəetmə uçotu informasiyası isə kommersiya sirri xarakterini daşıyıp və onun açıqlanması məsləhət bilinmir.

14. Məsuliyyət səviyyəsi. Maliyyə hesabatının tərtib zamanı bu və ya digər məlumatların saxtalaşdırılması aşkar edilərsə həmin müəssisə və ya şəxs vergi orqanları tərəfindən cərimə edilirlər və ya məhkəməyə müraciət edilir. Idarəetmə uçotu daha çox təxmini xarakter daşıyır. Əgər müəssisə rəhbərliyi onun səhv olduğunu aşkar edərsə həmin hesabatı tərtib edəni müvafiq qaydada cəzalandırır.

Beləliklə, maliyyə və Idarəetmə uçotu arasında fərqlər olmasına baxmayaraq metodun elementlərinə,uçot obyektləri və Ilkin İnformasiyanın vahidliyinə görə onlar ümumi cəhətlərlərə malikdir.

Mənbə: www.muhasib.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!