Vergi ödəyicisi təhtəlhesab şəxs vasitəsilə mal aldıqda proses necə tənzimlənir?
2021-10-04 | Vergilər | 1758Təcrübədə mümkündür ki, topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi malları birbaşa obyektdə yox, təhtəlhesab şəxs vasitəsilə əldə etsin. Bu zaman proses aşağıdakı ardıcılıqla həyata keçirilməlidir:
1) Vergi ödəyicisi təhtəlhesab şəxsə “Malların alınması üçün vəkalətnamə” verir;
2) Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya “Malların alınması üçün vəkalətnamə”ni təqdim edir;
3) Qarşı tərəf “Malların alınması üçün vəkalətnamə”ni verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-faktura göndərir.
4) Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.